close

“Neftçi”yə yeni prezident təyin olunub

“Neftçi”nin rəsmi saytı

Azərbaycan Basketbol Federasiyasının icraçı direktoru Bakı klubunda çalışacaq

Fərrux Mahmudov “Neftçi” klubunun prezidenti (baş icraçı direktoru) təyin edilib.
Bu barədə Bakı klubunun rəsmi “Facebook” səhifəsi məlumat yayıb.

Fərrux Mahmudov. Foto: sosial şəbəkə

1982-ci ildə anadan olan Fərrux Mahmudov 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit ixtisası üzrə bakalavr, 2003-2005-ci illərdi isə Mərkəzi Avropa Universitetinin Biznes Məktəbində biznesin idarə olunması və marketinq üzrə magistr təhsili alıb.

Mahmudov 2022-ci ildən Azərbaycan Basketbol Federasiyasının icraçı direktorudur.

Fərrux Mahmudov “Neftçi”nin prezidenti postunda bu gün istefaya göndərilən Kamran Quliyevi əvəz edib.

Ana səhifəİdman“Neftçi”yə yeni prezident təyin olunub