close

Xələf Xələfov Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi oldu

Foto: Meydan TV

Prezident yeni sərəncam imzaladı

Xələf Xələfov Azərbaycan xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev iyulun 24-də sərəncam imzalayıb.

Ölkə başçısının digər sərəncamı ilə Xələf Xələfov Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin olunub.

İyulun 18-də Elçin Əmirbəyov da Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilmişdi. E.Əmirbəyov ona qədər Birinci vitse-prezidentinin köməkçisi vəzifəsində çalışırdı.

1959-cu ildə Ermənistan SSR-də doğulan Xələf Xələfov 1982-ci ildə Kiyev Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini bitirib.

O, 1983–1990-cı illərdə Azərbaycan Daxili İşlər Nazirliyində inspektor, bölmə rəisi olub.
Xələf Xələfov 1997–2018 Azərbaycan xarici işlər nazirinin müavini vəzifəsində çalışıb.

Nazir müavini 2018-ci ildə Nazirlər Kabineti Aparatının rəhbəri təyin olunsa da, 1 il sonra vəzifəsindən azad edilib və yenidən əvvəlki vəzifəsinə qaytarılıb.

Xələfov Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsidir.

2002-ci ildə Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsinə, 2018-ci ildə Birinci dərəcə Dövlət müşaviri dərəcəsinə layiq görülüb.

2019-cu ilin iyul ayında Xələf Xələfov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub

Ana səhifəXəbərlərXələf Xələfov Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi oldu