close

Əlcəzair, İtaliya və Yunanıstanda meşə yanğınları başlayıb, həlak olanlar var

Foto: Reuters

Ən çox ölü sayı Əlcəzairdədi – 34 nəfər həyatını itirib

Əlcəzair, İtaliya və Yunanıstanda Aralıq dənizin ətrafında meşə yanğınları var.
Yanğınlar ətraf kəndlər və istirahət mərkəzlərinə çatıb. 40-dan çox insan həyatını itirib, minlərlə insan yaşadığı ərazidən, istirahət etdiyi məkandan təxliyə edilib.

Yunanıstan Rodosdan evakuasiya uçuşlarına hazırlaşdığını açıqlayıb. Bu ölkənin Korfu və Evia adalarında da yanğınlar davam edir.

Mütəxəssislər bildirir ki, isti havalar yanğınların azalmasına imkan vermir. Yunanıstanın bəzi ərazilərində havanın temperaturunun 44 dərəcədən yuxarı qalxacağı gözlənilir.
Siciliya və Apuliyadakı yanğınlar da minlərlə insanı evindən qaçmağa məcbur edib.

Güclü küləklər və qurumuş bitki örtüyü yanğınsöndürənlərin işini çətinə salıb.
Ən çox ölü sayı Əlcəzairdədi – 34 nəfər həyatını itirib. Ölənlər arasında evakuasiya işləri görən 10 əsgər də var.

Burada ən çox zərərçəkmiş bölgə Bejaiadır ki, burada ölü sayı 23 nəfərə çatıb.
Yunanıstanın Rodos adasında son günlər 20 mindən çox insan cənubdakı evlərdən və kurortlardan təxliyə edilib. Hava limanının rəsmisi AFP xəbər agentliyinə bildirib ki, bazar və çərşənbə axşamı arasında 40-dan çox təcili uçuşla 5000-dən çox insan evlərinə uçub.
Turagentliklər və hava şirkətləri yaxın günlər üçün Rodosa gedişləri ləğv edib.

İtaliyanın Adriatik dənizi sahilindəki Foggia bölgəsində baş verən meşə yanğını 2000 nəfəri otel və düşərgələrdən təxliyə etməyə məcbur edib. Yanğın Vieste şəhərinə yaxınlıqdakı milli parkdan yaxınlaşıb.

Fransanın Aralıq dənizində yerləşən Korsika adasında da iyulun 25-də səhər saatlarında yanğınlar başlayıb. 130 km/saata (80 mil/saat) çatan küləklər alovu gücləndirib və bir neçə saat ərzində üç kənd təhlükə altında qalıb.

Yanğın olan ərazilərdə yanğının qarşısının alınması üçün çoxsaylı işçi qüvvəsi cəlb edilib. Küləkli hava şəraiti onların işini daha da çətinləşdirib.

Ana səhifəDünyaƏlcəzair, İtaliya və Yunanıstanda meşə yanğınları başlayıb, həlak olanlar var