close

Əliməmməd Nuriyev Musa Qasımlıya, Rəsul Cəfərov İlham Məmmədova rəqib olacaq

Əliməmməd Nuriyev, Musa Qasımlı, Rəsul Cəfərov və İlham Məmmədov. Foto-kollaj: Meydan TV

Namizədlər imzatoplama kampaniyasını yekunlaşdırıblar

Milli Məclisin II çağırış deputatı olan “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev 75 saylı Yardımlı – Masallı seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

Ə. Nuriyev Meydan TV-yə imzatoplama kampaniyasının bitirdiyini, gələn həftə sənədlərini DSK-ya təqdim edəcəyini bildirib.

75 saylı Yardımlı – Masallı seçki dairəsindən hakim partiya Sərvər Əliyevi namizəd kimi göstərib. Milli Məclisin IV, V, VI çağırış deputatı olan Musa Qasımlının da həmin dairədən namizəd olacağı deyilir.

52 saylı Yevlax seçki dairəsindən namizədliyini irəli sürən REAL Partiyasının üzvü Rəsul Cəfərovun rəqibi hakim partiyadan III, IV, V və VI çağırış deputatı olan İlham Məmmədovdur.

Bu barədə Meydan TV-yə danışan Rəsul Cəfərov deyib ki, onun rəqibləri sırasında keçmiş müsavatçı Rüfət Hacıbəyli və adını unutduğu ANAMA nümayəndəsi də var. O, imza vərəqlərini DSK-ya təqdim etdiyini söyləyib.

Parlament seçkiyə gedir

2024-cü il iyunun 21-də Azərbaycan parlamenti özünün buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.
İyunun 28-də İlham Əliyev Milli Məclisin buraxılması və sentyabrın 1-də erkən seçki keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Mərkəzi Seçki Komissiyasının bugünkü məlumatına görə, 800-dən çox namizədliyini irəli sürüb.
1 sentyabr seçkilərini AXCP boykot edir, Yeni Azərbaycan, Müsavat, Demokrat, Klassik Xalq Cəbhəsi, Ümid, REAL və digər partiyalar isə iştirak edəcəklərini açıqlayıblar.

Ana səhifəSiyasətƏliməmməd Nuriyev Musa Qasımlıya, Rəsul Cəfərov İlham Məmmədova rəqib olacaq