close

Ermənistanda saxlanılan azərbaycanlı əsirə 20 il həbs cəzası verildi

Ermənistan Məhkəməsi. Foto: Meydan TV

O, zavod gözətçisi Ayrapet Meliksetyanı qətlə yetirməkdə ittiham olunub

İyunun 21-də Ermənistanın Sünik Vilayətinin Məhkəməsi Azərbaycan əsgəri Hüseyn Axundovu 20 il müddətinə azadlıqdan məhrum edib.

Məhkəmə hökmündə Hüseyn Axundov aprelin 12-də mis-molibden zavodunun gözətçisi Ayrapet Meliksetyanı qətlə yetirməkdə ittiham olunub.

Aprelin 10-da Azərbaycan Müdafiə Nazirliyi (MN) Naxçıvan-Ermənistan sərhədində iki əsgərin itkin düşdüyü haqqında məlumat yayıb.

Nazirlik əsgərlərin məhdud görmə səbəbindən azaraq Ermənistan tərəfə keçdiyini açıqlamışdı.

Həmin vaxt yerli media onlardan birinin Sünik vilayətinin Bnunis kəndinə gəldiyini, kömək üçün kənd sakinlərinə müraciət etdiyini, ikincisinin isə sonra Qafan şəhəri yaxınlığında saxlandığını yazmışdı.

Əsgərlərdən birinin – Aqşin Bəbirovun dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı qaçaqmalçılığında təqsirləndirildiyi bildirilir.

Ermənistan məhkəməsi mayın 8-də Aqşin Bəbirovu 11,5 il müddətinə azadlıqdan məhrum etmişdi.

Ana səhifəSiyasətErmənistanda saxlanılan azərbaycanlı əsirə 20 il həbs cəzası verildi