close

Sabirabadda üstünə gübrə məhlulu tökülən mühafizəçinin həlak olduğu deyilir

Sabirabad Rayon Prokurorluğu. Foto: Twitter

Prokurorluq onun müxtəlif dərəcəli yanıq xəsarətləri aldığını bildirir

Sabirabad Rayon Prokurorluğu vətəndaş Nurlan Cəbrayılovun iş yerində xəsarət alması nəticəsində həyatını itirməsi ilə bağlı cinayət işi açıb.

Bu barədə prokurorluq rəsmi açıqlama yayıb.

Bildirilir ki, 1988-ci il təvəllüdlü Nurlan Cəbrayılov Sabirabad Sənaye Məhəlləsinin ərazisində yerləşən gübrə istehsalı məntəqəsində mühafizəçi işləyirmiş.

Rayon prokurorluğunun məlumatına görə, iyunun 4-də Nurlan Cəbrayılov iş yerində müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib:

“Müəyyən edilib ki, həmin gün saat 23 radələrində üzərinə yüksək temperaturlu gübrə məhlulunun tökülməsi nəticəsində Nurlan Cəbrayılov yanıq xəsarətləri alıb və iyunun 20-si müalicə aldığı xəstəxanada ölüb”.

Prokurorluq Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açıldığını əlavə edib.

Meydan TV Nurlan Cəbrayılovun yaxınları ilə əlaqə saxlaya bilməyib. 

Ana səhifəBölgəSabirabadda üstünə gübrə məhlulu tökülən mühafizəçinin həlak olduğu deyilir