close

Avropada günəş enerjisi böhranla üzləşib

Günəş enerjisi. Foto: “Azərtac”

Qitə Çinlə rəqabətdə ləng davranır

Avropanın günəş enerjisi sənayesi on ildən artıqdır ki, ən dərin böhranla üzləşib. Çindən gələn kəskin rəqabət bu sektorda istehsalı eroziya edir və qitənin daha böyük enerji müstəqilliyinə ehtiyacını artırır.

“Bloomberg” yazır ki, ötən il Avropa İttifaqında iqlim məqsədlərinə nail olması üçün hər zamankından daha çox günəş panelləri quraşdırılıb. Bu, Çin avadanlığının axını ilə mümkün olub. Sayt qeyd edir ki, indi alternativ enerjiyə daha çox ehtiyac olan bir zamanda hökumətlər bu sahəni dirçəltmək üçün ləng davranırlar.

Bu həftə İsveçrədəki günəş paneli istehsalçısı “Meyer Burger Technology AG” Almaniyanın Freiberg şəhərindəki istehsal sahəsini bağlaya biləcəyini və investisiyaları ABŞ-a yönləndirmək haqqında düşündüyünü açıqlayıb. Sahənin bağlanmasının təxminən 500 işçiyə təsir göstərə biləcəyi bildirilir.

Günəş enerjisi son illərdə azalan xərclər səbəbindən Avropanın bərpa olunan enerji mənbələri arasında ən öndə olub. Bu sahənin genişlənməsinin önündə duran amillər isə çoxdur. Aİ, 2030-cu ilə qədər təmiz texnologiya ehtiyaclarının ən azı 40 faizini yerli istehsal hesabına təmin etməyi hədəfləyib. Bu, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra baş verən enerji böhranından alınan dərslərdən biridir. Bununla belə, “SolarPower Europe” biznes assosiasiyasının məlumatına görə, hazırda yerli təchizatçılar Avropanın günəş enerjisinə olan tələbatının 2 faizindən azını ödəyir və komponentlərin təxminən 90 faizi Çindən gəlir.

Ana səhifəDünyaAvropada günəş enerjisi böhranla üzləşib