close

Mebel sexində yaralananlardan biri həyatını itirib

Foto: FHN

Baş prokuror mebel sexindəki yanğınla bağlı bir neçə versiya olduğunu deyir.

“İstintaq mebel sexində baş vermiş yanğınla əlaqədar bir neçə versiya üzərində işləyir”, – Azərbaycanın Baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında belə deyib.

Onun sözlərinə görə, bütün lazımi ekspertizalar təyin edilib, məsul şəxslərin hərəkətləri araşdırılır.

Yanvarın 20-də yaralılardan 1 nəfər – Adil Rüstəmov (1996-cı il təvəllüdlü) göstərilən tibbi yardımlara baxmayaraq həyatını itirib. Bununla da partlayış nəticəsində ölənlərin sayı 10-a çatıb.

Yanvarın 15-də Bakının Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən mebel sexində partlayış olub. Partlayışdan sonra yanğın çıxıb. Hadisə nəticəsində 24 nəfər yaralanıb, 9 nəfər həyatını itirib. İlkin olaraq faktla bağlı Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq – ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi açıldığı bildirilib.

Ana səhifəSosialMebel sexində yaralananlardan biri həyatını itirib