close

Fransada abort rəsmiləşdirilib

Foto: reuters

Eyfel qülləsində “Mənim bədənim, mənim seçimim” şüarı nümayiş etdirilib

Fransada abort (hamiləliyi dayandırmaq) rəsmiləşdirilib.

Ölkə parlamenti martın 4-də qadınların abort hüququnu konstitusiyada möhkəmləndirən qanunvericilik əlavəsini qəbul edib.

Bununla da Fransa abortu konstitusiya hüququ kimi müəyyən edən ilk ölkə statusu qazanıb.

Prezident Emmanuel Makron və partiyasının təklif etdiyi bu təşəbbüsün lehinə 780 parlamentari səs verib. 72 deputat isə əleyhinə olub.

Makron sosial şəbəkə hesabında parlamentin qərarını “Fransanın qüruru” adlandırıb və “Konstitusiya ilə təmin edilən yeni azadlığı qeyd etməyi” təklif edib.

O, qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Gününü də xatırlamağı unutmayıb.

Makron tərəfindən qurulan “İntibah” partiyası (daha öncəki adı “İrəli, Respublika!”) ilk dəfə 2022-ci ildə qadınların hamiləliyin könüllü şəkildə dayandırlması hüququnun təmin edilməsini təklif etmişdi.

Fransanın Baş naziri Qabriel Attal dəyişiklikləri “tarixdə qalacaq fundamental addım” adlandırıb.

Qərar paytaxt Parisdə coşqu ilə qeyd olunub.

Eyfel qülləsində “Mənim bədənim, mənim seçimim” şüarı nümayiş etdirilib.

Aborta etiraz edən qruplar, eyni zamanda, Vatikan qərara qarşı sərt çıxışlar edib.

İnsan insanın həyatını əlindən almaq hüququna sahib ola bilməz”, – Vatikanın etiraz bəyanatında qeyd olunub.

Vatikan bəyanatda bütün hökumətlərə müraciət edir, onları tarixin bu mərhələsində insan həyatının qorunmasını prioritet məsələyə çevirməyə çağırıb.

Fransada 1975-ci ildən aborta icazə verilib.

Ana səhifəDünyaFransada abort rəsmiləşdirilib