close

Ölkədə pul bazası yenə azalıb

Meydan TV

İqtisadçı: “Kiçilməyə deyil, optimallaşdırma siyasətinə üstünlük verilməlidir”

Ən son martda açıqlanan məlumata görə Azərbaycanda pul bazası 20 milyard 131,8 milyon manatdır.

Mərkəzi Bankın bu barədəki məlumatında göstəricinin fevralla müqayisədə 139,3 milyon manat az olduğu bildirilib.

İqtisadçı, deputat Vüqar Bayramov deyir ki, Azərbaycanda pul bazası son üç aydan sonra yenidən azalıb. Onun sözlərinə görə, iki aylıq azalmalara rəğmən ümumi pul bazası əvvəlki ilin uyğun dövrünə nisbətən artıb.

Bununla belə, ili 20 milyard 875 milyon manatla başa vuran pul bazası yanvarın sonunda 20 milyard 271 milyona düşüb. Yəni, son 3 ayda pul bazasında hər ay əvvəlki aya nisbətən azalma qeydə alınıb”.

İqtisadçı bildirir ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları daxildir. Bazanın kiçilməsində Mərkəzi Bankın inflyasiya tələbinin optimallaşdırılması ilə bağlı tədbirlərinin xüsusi təsiri var:

Belə ki, pul bazasının genişlənməsi tələbi artırır, kiçilməsi isə istehlak tələbini məhdudlaşdırır. İstehlak tələbinin azalması isə təklifin dəyişmədiyi halda anti-inflyasiya effektinə malik olur. Valyuta bazarındakı volatillik də pul bazasına təsirsiz ötüşmür. Pul bazasının kiçilməsi real sektorun vəsaitə olan tələbinin ödənilməsi baxımdan arzuolunan deyil. Baza genişləndikcə, xərcləmələr və real sektorda tələb də yüksəlir. Bu da istehsal üçün daha çox imkanlar yaradır”.

İqtisadçı bildirir ki, bu kontekstdən, pul bazasının optimallığı həm inflyasiya yaradıcı effektlərin tənzimlənməsinə, həm də real sektorun dəstəklənməsinə xidmət etməlidir:

Buna görə də, pul bazasının optimallaşdırılması siyasəti real sektorunun canlanmasını xüsusi təşviq etməlidir. Bu baxımdan, kiçilməyə deyil, optimallaşdırma siyasətinə üstünlük verilməlidir”.

Ana səhifəİqtisadiyyatÖlkədə pul bazası yenə azalıb