close

GUR Krımda Rusiyanın hərbi bazasına hücum edildiyini deyir

Rusiya-Ukrayna müharibəsi. Foto: Gokhan Y/shutterstock

Sakinlər isə itkilərin olduğunu, partlayış səslərinin eşidildiyini və bəzi yolların bağlandığını bildiriblər

GUR Hərbi Kəşfiyyat İdarəsi açıqlayıb ki, Ukrayna pilotsuz təyyarəsi ilhaq edilmiş Krımda Rusiyanın hərbi bazasına hücum edib. Sakinlər isə itkilərin olduğunu, partlayış səslərinin eşidildiyini və bəzi yolların bağlandığını bildiriblər.

Avqustun 25-də səhər saatlarında Rusiya tərəf də açıqlama verərək bildirmişdi ki, nəzarətində olan ərazilərə Ukrayna böyük koordinasiyalı hava hücumu gerçəkləşdirib. Lakin hava hücumundan müdafiə sistemlərinin Krıma hücum edən 42 pilotsuz təyyarənin hamısını hədəfə çatmadan vura bilib.

Ukrayna kəşfiyyat rəsmiləri bildiriblər ki, hücum Ukraynanın nəzarətində olan ərazilərdən 200 km (120 mil) uzaqda yerləşən Perevalnoye şəhərində yerləşən Rusiyanın 126-cı Sahil Müdafiə Briqadasına edilib.

GUR-un sözçüsü Andriy Yusov da zərbənin olduğunu təsdiq edib.

Moskva 2014-cü ildə Krımı ilhaq edib. Oranın Rusiya ərazisi olduğunu bildirib. 

Hücuma gəlincə, Amerika Birləşmiş Ştatları Ukraynanın Qara dəniz yarımadasındakı Rusiya hərbi obyektlərinə hücumlarını dəstəklədiyini, çünki bu yarımadanın demilitarizasiyası lazım olduğunu bildirib.

Ana səhifəDünyaGUR Krımda Rusiyanın hərbi bazasına hücum edildiyini deyir