close

Bir həftədə 121 milyondan artıq dollar satılıb

Foto: TaniaKitura/shutterstock

İqtisadçı: “Dollara tələbin artması idxalın çoxalması və regional valyuta bazarındakı dəyişikliklər ilə bağlıdır”

Bu həftə Azərbaycanda təşkil edilən son iki hərracda 121 milyon 230 min dollar satılıb. 

İqtisadçı, deputat Vüqar Bayramov deyir ki, bu, son dövrlərin rekordudur. 

Ümumiyyətlə, son 3 hərrac üzrə tələb artan dinamika ilə gedib. Avqustun 17-də 41,3  milyon, avqustun 22-də 59,9 milyon, avqustun 25-də isə 61,33 milyon dollar satılıb.

Vüqar Bayramov bildirir ki, dollara tələbin artması idxalın çoxalması və regional valyuta bazarındakı dəyişikliklər ilə bağlıdır. Mövsümi faktorlar ilə bağlı olaraq idxal məhsullarına tələb artıb və bu da dolların alışını çoxaldıb.

İqtisadçı deyir ki, bu baxımdan, dollara tələbin artması daha çox korporativ faktorlar ilə bağlıdır. Bununla yanaşı, mövsümi artımlar da valyuta bazarındakı tarazlığı qorumaq üçün intervensiya cəhdlərini gücləndirib.

Dollara tələbin artması kontekstində manatın məzənnəsinin necə dəyişməsinə gəlincə, iqtisadçı bildirir ki, daha çox enerji gəlirlərinin artması səbəbindən Azərbaycanın tədiyyə balansında müsbət saldo davam edir:

“Bununla belə, regional və eləcə də qlobal valyuta bazarındakı dəyişikliklər psixoloji təsirlərini qoruyub saxlayır. Amma Azərbaycan hələlik, üzən məzənnə rejiminə keçmədiyi üçün valyuta bazarındakı tarazlıq Mərkəzi Bankın qərarları ilə müəyyənləşməkdə davam edir”.

Ana səhifəXəbərlərBir həftədə 121 milyondan artıq dollar satılıb