close

Gürcüstan Prezidenti ölkə vətəndaşlarını referenduma çağırıb

Salome Zurabişvili. Foto: Dmitry Khorov/shutterstock

“Müəyyənləşdirməliyik ki, Gürcüstan öz gələcəyini Avropada görür, yoxsa Rusiyanın əsarətində…”

Mayın 28-də Gürcüstan parlamenti ölkə Prezidenti Salome Zurabişvilinin “xarici agent” qanunu ilə bağlı vetosunu ləğv edərək qanunu qəbul edib.

Zurabişvili axşam saatlarında Gürcüstan xalqına etdiyi müraciətində deyib ki, referendum Gürcüstanın gələcək taleyini müəyyənləşdirəcək:

Bu referendum müəyyən etməlidir ki, Gürcüstan xalqı öz gələcəyini Avropada görür, yoxsa Rusiyanın əsarətinə düşməkdə”.

Biz real referenduma hazırlaşmalıyıq. Bu gün enerjimiz imza toplamağa sərf edilməlidir. Referendumun keçirilməsi ilə bağlı qərarı imzalayacağam ki, aydınlaşdıraq: biz gələcəyimizi Avropanın yanında, yoxsa Rusiyanın əsarətində görmək istəyirik. 84 nəfər buna qərar verə bilməz”, – deyə Prezident çıxışında bildirib.

Mayın 26-da ölkənin Müstəqillik Günündə Prezident Administrasiyası dövlət başçısının ölkədəki siyasi qüvvələri imzalamağa dəvət etdiyi “Gürcüstan Xartiyası”nı dərc edib.

Zurabişvili bu fəaliyyət planının dinc xarakter daşıdığını vurğulayıb.

O bildirib ki, sağ qalmaq və Avropa dəyərlərini qorumaq üçün şəxsən məsuliyyət daşıyır.

Onun sözlərinə görə, bu plan ölkəni ABŞ-nin bu gün Gürcüstan xalqına təklif etdiyi inkişafa aparacaq.

Müxalifət partiyaları – “Aqmaşenebeli Strategiyası”, “Axali”, “Lelo”, “Avropa Gürcüstanı”, “Droa”, “Qirçi – Daha Azadlıq”, “Avropa Optimistləri”, “Milli Hərəkat” (Mixail Saakaşvilinin partiyası) “Gürcüstan Xartiyası”nı imzalamağa hazır olduqlarını bildiriblər.

“Gürcüstan üçün Qaxariya” Partiyası öncə Prezidentlə görüşüb bir sıra məsələlərə aydınlıq gətirmək niyyətində olduğunu açıqlayıb.

“Gürcü arzusu” Partiyası isə Gürcüstan Prezidentinin çağırışına qoşulmayacağını bəyan edib.

Gürcüstan parlamenti Rusiyanın “Xarici agentlər haqqında” Qanununun analoqu olan “Xarici təsirin şəffaflığı haqqında” Qanun layihəsinə Gürcüstan Prezidentinin vetosunu ləğv edib.

“Gürcü arzusu” fraksiyasının təqdim etdiyi və Salome Zurabişvilinin rədd etdiyi layihə 84 səslə parlamentdə qəbul edilib.

Ana səhifəDünyaGürcüstan Prezidenti ölkə vətəndaşlarını referenduma çağırıb