close

Hollivudda tətil edən aktyorlara qoşulanların sayı getdikcə artır

Hollivud. Foto: Wiki

Aktyorlar daha yüksək maaş və iş vaxtından artıq saatlara görə təzminat tələb edirlər

Ekran Aktyorları Gildiyası və Televiziya və Radio Sənətçiləri Federasiyasının (SAG-AFTRA) 5000-dən çox üzvü “Universal Pictures” kinostudiyasının Kaliforniyadakı binası qarşısında tətil keçirib.

Bu barədə SAG-AFTRA rəsmi saytında məlumat yayıb.

“Beş mindən çox insan yüksək hava tempraturuna baxmayaraq, SAG-AFTRA-nın “Universal” qarşısında tətil etmək çağırışına cavab verdi”,- məlumatda qeyd olunur.

Birliyin saytında həmçinin bildirilir ki, SAG-AFTRA üzvlərinə Amerika Yazıçılar Gildiyasının nümayəndələri də qoşulublar.

160 000-ə yaxın aktyorun maraqlarını təmsil edən SAG-AFTRA-nın tətili 2023-cü il iyulun 14-də başlayıb.

Bununla da faktiki olaraq ABŞ kino sənayesi bütün istehsalı dayandırıb.

Aktyorlar daha yüksək maaş və iş vaxtından artıq saatlara görə təzminat tələb edirlər.

Həmçinin film istehsalında süni intellektdən istifadənin məhdudlaşdırılmasını istəyirlər.

Tətilə görə 2023-cü il sentyabrın 18-də keçirilməsi nəzərdə tutulan 75-ci “Emmi” mükafatının təqdimetmə mərasimi 2024-cü il yanvarın 15-nə təxirə salınıb.

Ana səhifəMədəniyyətHollivudda tətil edən aktyorlara qoşulanların sayı getdikcə artır