close

Xersonda Rusiya tankının azərbaycanlıların üstündən keçdiyi bildirilir

Xerson. Foto: Reuters

Hadisə nəticəsində 2 azərbaycanlının həlak olduğu deyilir

Ukraynanın Xerson şəhərində 2 azərbaycanlı həyatını itirib.

Avqustun 16-da “Twitter”də yayılan video görüntüdə Rusiya tankı azərbaycanlıların pomidor daşıdıqları maşının üstündən keçir.

Bildirilir ki, hadisə nəticəsində Zərdab rayonundan olan Orxan Əzizov və Ramiz Qədirov yerindəcə keçiniblər. 

screenshot Twitter

Meydan TV həlak olanların yaxınları ilə əlaqə saxlaya bilməyib.

Bu günə qədər Ukraynada 26 azərbaycanlı həlak olub.

Bu barədə mayın 13-də Ukraynanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Tarixçə

2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən -27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Referendumda üç sual qoyulub: “Siz regionun Ukraynadan ayırılmasının, müstəqil dövlət yaradılmasının və Rusiyanın tərkibinə daxil olmasının tərəfdarısınızmı?”

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Ana səhifəSiyasətXersonda Rusiya tankının azərbaycanlıların üstündən keçdiyi bildirilir