close

İlahiyyatçı Hacı Salman həbs edilib

Foto: Meydan TV

O, azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham olunur

İlahiyyatçı Hacı Salman Kamiloğlu həbs olunub. Bir gün öncə saxlanılan ilahiyyatçı haqqında iyunun 25-də həbs qərarı çıxarılıb. Abşeron Rayon Məhkəməsində ilkin istintaq dövrü üçün onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

İlahiyyatçıya qarşı Cinayət Məcəlləsinin 153.2-ci (14 yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər) maddəsilə ittiham irəli sürülüb. İddia olunur ki, iyunun 22-də axşam saat 19 radələrində Masazır qəsəbəsində Hacı Salman 11 yaşlı qızı küçədə maşınına dəvət edib və avtomobildə ona qarşı seksual xarakterli hərəkətlər edib.

Foto: Hacı Salman Kamiloğlunun şəxsi arxivindən

İlahiyyatçının qızın yaxınlarının şikayəti əsasında saxlandığı bildirilir.

Hacı Salman ittihamı qəbul etmir, azyaşlıya qarşı nalayiq hərkətlər etməsi haqda iddiaların uydurma olduğunu deyir.

Hacı Salmanın ittiham olunduğu maddədə 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Ana səhifəSosialİlahiyyatçı Hacı Salman həbs edilib