close

İsa Qəmbər yenidən Müsavatın başqanı seçilib

Seçkidə alternativ namizəd olmayıb

Mayın 4-də Müsavat Partiyasının XI qurultayı keçirilib.

Qurultayda sərbəst Məclis üzvləri, Divan üzvləri, Mərkəzi Nəzarət Komissiya üzvləri və yeni başqan seçkisi keçirilib.

İsa Qəmbər 10 il sonra yenidən namizədliyini irəli sürüb.

Müsavat Partiyasının nizamnaməsinə əsasən, başqan ardıcıl iki müddətdən artıq eyni vəzifəyə seçilə bilməz və buna görə də hazırkı başqan Arif Hacılı namizədliyini irəli sürməyib.

Müsavat Partiyasının XI qurultayı, İsa Qəmbər. Foto: Meydan TV

Daha əvvəl partiya başqanının müavini, Divan üzvü Osman Kazımov və partiyanın Səbail təşkilatının üzvü Natiq Mehdi də Müsavat başqanlığına namizədliklərini irəli sürsələr də, sonradan hər ikisi İsa Qəmbərin xeyrinə namizədliklərini geri götürüblər.

Seçkidə 282 nəfər iştirak edib, onlardan 3 nəfər əleyhinə, 279 nəfər isə İsa Qəmbərin xeyrinə səs verib.

Müsavat Partiyasının XI qurultayı. Foto: Meydan TV

Başqan postuna yeganə namizəd olan İsa Qəmbər yenidən partiya başqanı seçilib.

İsa Qəmbər 1992-ci ildə Müsavat Partiyasının bərpa qurultayını keçirərək partiyanın başqanı seçilib.

O, 1992-ci ildən 2014-cü ilədək partiyaya rəhbərlik edib.

2014-cü ildə isə başqanlıq seçkisində iştirak etməyərək partiyanın aparat rəhbəri Arif Hacılıya dəstək verib.

Ana səhifəSiyasətİsa Qəmbər yenidən Müsavatın başqanı seçilib