close

Xankəndi Prokurorluğu yaradılır

Xankəndi. Foto: Meydan TV

İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

Azərbaycanda Xankəndi Şəhər Prokurorluğu yaradılır.

Bununla bağlı Prezident İlham Əliyev mayın 4-də sərəncam imzalayıb.

Sənədə əsasən, Nazirlər Kabinetinə Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digər maddi-texniki təminatı məsələlərinin həlli üçün zəruri tədbirləri görmək tapşırılıb.

Ana səhifəBölgəXankəndi Prokurorluğu yaradılır