close

İsrail Qəzza zolağında olan girovların bir hissəsinin öldüyü qənaətindədir

Fələstin-İsrail. Foto: Bartolomiej Pietrzyk/shutterstoc

Hökumət bununla bağlı hesabat yayıb

İsrail Qəzza zolağında qalan girovların üçdə birindən çoxunun öldüyünə inanır.

Bu barədə İsrail hökumətinin hesabatında deyilir.

Amerika Birləşmiş Ştatları bu yaxınlarda İsrailə HƏMAS ilə müharibəni dayandırmağı təklif etmişdi. Bildirmişdi ki, bunun əsasında girovlar tezliklə sərbəst buraxılar və müalicə olunarlar.

Ötən il oktyabrın 7-də HƏMAS-ın başçılıq etdiyi fələstinli silahlılar İsrailin cənub şəhərlərinə hücum etmişdi. Bu zaman 250 nəfər israilli Qəzza zolağına aparılmışdı. Onlardan çoxu noyabrdakı atəşkəs zamanı azad edilib, bəziləri isə bugünədək geri verilməyib.

Hökumət 120 nəfərin əsirlikdə olduğunu, onlardan 43-nün müxtəlif məlumat mənbələrinə, o cümlədən kəşfiyyat məlumatlarına, CCTV və ya ətrafdakıların videolarına və məhkəmə-tibbi ekspertiza analizlərinə əsaslanaraq öldüyünü bildiriblər.

Bəzi rəsmilər ölənlərin sayının daha çox ola biləcəyini bildiriblər.

Müharibənin əvvəlində HƏMAS İsrailin hava hücumlarına cavab olaraq girovları edam edəcəyini bildirirdi.

İsrail bütün hallarda bunu istisna etməyib, tapılan bəzi girov cəsədlərində edam əlamətlərinin olduğunu da deyib.

İyunun 3-də İsrailin ölənlər siyahısına daha dörd girovun adı əlavə edilib.

Ana səhifəXəbərlərİsrail Qəzza zolağında olan girovların bir hissəsinin öldüyü qənaətindədir