close

Krasnodarın səfərbərlik işləri üzrə rəis müavini güllələnib

Stanislav Rjitski

Stanislav Rjitskinin səhər qaçışı zamanı öldürüldüyü bildirilir

Rusiyanın Krasnodar şəhərin səfərbərlik işləri üzrə rəis müavini, ikinci dərəcəli kapitan Stanislav Rjitski öldürülüb.

Bu barədə Rusiya sosial şəbəkə seqmenti və mətbuatı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

“Baza” teleqram kanalında yayılan xəbərlərə görə, iyulun 10-da saat 7:00 radələrində 42 yaşlı zabitin kürəyindən dörd güllə vurulub:

“Qətl onun “Olimp” idman kompleksinin yaxınlığında səhər qaçışı zamanı baş verib. Stanislav Rjitski hadisə yerindəcə ölüb, silahlı şəxs isə hələ də tutulmayıb”.

İddialara görə, qatil uzun müddət Stanislav Rjitskini izləyirmiş, marşrutlarını bilirmiş və qəsdən müşahidə kameralarına düşməyən yeri seçib:

“Ən yaxın kameralar hələ ki mümkün cinayətkar haqqında heç bir məlumat vermir”.

Faktla bağlı cinayət işi başlanıb.

Ukrayna KİV-i isə Stanislav Rjitskinin 2022-ci ilin iyulunda Vinnitsanı “Kalibr” raketləri ilə atəşə tutan “Krasnodar” sualtı qayığına komandirlik etdiyini yazıb:

Həmin atəş nəticədə 27 nəfər ölüb, 200-ə yaxın insan yaralanmışdı”.

Ana səhifəDünyaKrasnodarın səfərbərlik işləri üzrə rəis müavini güllələnib