close

Leysan yağışları: Pakistanda 80, Hindistanda 41 nəfərin öldüyü bildirilir

Foto: “aa.com.tr”

Çayların daşması nəticəsində bir çox yaşayış məntəqələrini su basıb

Pakistan və Hindistanda musson yağışlarının güclü daşqınlar törətdiyi bildirilir.

Nəticədə xeyli sayda insanın həlak olduğu deyilir.

Hindistanın şimalında dörd gündür ki, ardıcıl davam edən leysan yağışları nəticəsində azı 41 nəfərin öldüyü bildirilir.

Daha əvvəl 28 nəfərin həyatını itirdiyi barədə məlumatlar vardı.

Şiddətli leysan Dehli Milli Paytaxt Ərazisi, Himaçal-Pradeş, Uttarakhand, Pəncab, Haryana, Racastan və Cammu və Kəşmirin Birlik ərazisinə təsir edib.

Ən çətin vəziyyət Himalay dağlarının ətəklərində yaranıb, burada güclü yağışlar çoxlu sürüşmələrə səbəb olub.

Çayların daşması nəticəsində bir çox yaşayış məntəqələrini suyun basdığı bildirilir.

Qeyd olunur ki, şimal ştatlarının dağlıq bölgələrində daşqınlar nəqliyyatın hərəkətini dayandırıb, yüzlərlə turist dağlarda qalıb.

Səlahiyyətlilərin məlumatına görə, daşqın ola biləcək ərazilərin sakinləri təhlükəsiz yerlərə köçürülüb.

Pakistanda isə iyulun 25-dən başlayan musson yağışları nəticəsində 80 nəfərin öldüyü, 143 adamın yaralandığı bildirilir.

Hər il iyun-sentyabr aylarında yağan musson yağışları Cənubi Asiya ölkələrində ciddi can və mal itkisinə səbəb olur.

Ana səhifəDünyaLeysan yağışları: Pakistanda 80, Hindistanda 41 nəfərin öldüyü bildirilir