close

“Mehriban Əliyeva kasıb uşaqlar üçün də autizm mərkəzi açsın”

Ölüm fikri Ülviyyə Muradovanın ağlına başqa bir ölkədə oğlunun autizm sindromundan əziyyət çəkdiyini öyrənəndə, autizmin isə nə olduğu Azərbaycanda tam bilinməyəndə gəlmişdi.  Ancaq o vaz keçmir, həyatını dəyişmək, hər şeyini itirmək bahasına oğlu Əli üçün savaşa başlayır.

Əlinin hazırda 17 yaşı var, ancaq autizm mərkəzlərinin qiyməti baha olduğundan, o, bir çox uşaq kimi reabilitasiya görə bilmir. Nitq qabiliyyəti yoxdur, nəzarətsiz olsa, həyatda qala bilməz.

Əli ən çox musiqi dinləməyi sevir. Anası deyir ki, onun ən çox sevgiyə ehtiyacı var. Amma böyüdükcə onun qorxuları artır. Küçədə ona nəzarət etməkdə çətinlik çəkir. 

Ülviyyə Muradova deyir ki, dövlət autizm spektrlı uşaqları yox saymamalı, onlar üçün mərkəz açmalıdır. Reabilitasiya imkanı hər kəs üçün əlçatan olmalıdır. Əks halda autizm sindromlu uşaqlar evlərə həbs olunur.

Ana səhifəVideo“Mehriban Əliyeva kasıb uşaqlar üçün də autizm mərkəzi açsın”