close

Məktəblinin ölümünün səbəbi: ehtiyatsızlıqdan adam öldürməyə görə cinayət işi başlanıb

Məktəblilərin davası. Foto: Meydan TV

İkinci dərsdən sonra tənəffüsə çıxan şagird geri qayıtmayıb

Tərtərdə 2 saylı məktəbin şagirdi Aslan Əliyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisənin məktəblilər arasında dava nəticəsində baş verdiyi bildirilir.

Tərtər şəhər İsmayıl Məmmədov adına 2 saylı məktəb-liseyin direktoru Gülarə Əkbərova isə bildirib ki, Aslan Əliyevin kiminləsə dalaşması barədə onlarda heç bir məlumat yoxdur.

Direktorun sözlərinə görə, 10-cu sinif şagirdi olan Aslan Əliyev mayın 6-da məktəbə gəlib, iki dərsdə iştirak edib. İkinci dərsdən sonra tənəffüsə çıxan şagird geri qayıtmayıb.

Direktor bildirib ki, məktəbə bitişik “Şəhid bulağı” var, Aslan Əliyev o tərəfə gedib. Bir qədər sonra isə vəfat etməsi barədə məlumat alıblar.

Gülarə Əliyeva əlavə edib ki, ölümün səbəbləri ekspertizanın rəyindən sonra məlum olacaq.

Baş Prokurorluqdan isə Meydan TV-yə bildirilib ki, Tərtər rayon Prokurorluğunda faktla bağlı cinayət işi başlanıb:

Mayın 6-da Tərtər rayonu ərazisində iki məktəbli arasında baş vermiş mübahisədən qısa müddət sonra onlardan birinin huşunu itirməsi və xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Hazırda ibtidai istintaq aparılır”.

Ana səhifəBölgəMəktəblinin ölümünün səbəbi: ehtiyatsızlıqdan adam öldürməyə görə cinayət işi başlanıb