close

Paşinyan: “Naxçıvanla Azərbaycan arasında keçid məntəqəsi açmağa hazırıq”

Nikol Paşinyan. Foto: “armenpress”

Baş nazir noyabra qədər sülh sazişini imzalamağa da hazır olduğunu deyir

Ermənistan hökuməti Azərbaycanla Naxçıvan arasında əlaqəni təmin etmək üçün keçid məntəqələrinin yaradılmasına hazır olduğunu bildirir.

Bu barədə mayın 7-də Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, 2020-ci ilin noyabrın 9-da qəbul edilən üçtərəfli bəyannamənin 9-cu bəndinin Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqəyə aid olduğu görüntüsü yaratmağa cəhd edilir:

“Xeyr, söhbət bundan getmir, həmin bəyanatın 9-cu bəndi regionun nəqliyyat və iqtisadi kommunikasiyalarının açılmasına aiddir. Blokların açılması həm də ölkələr arasında əlaqənin təmin edilməsinin vacibliyini vurğulayır. Amma bu gün Azərbaycan heç bir yolumuzu açmayıb. Biz isə yollarımızın hazır olduğumuzu bildirdik və gündəlikdə Azərbaycanla Naxçıvan arasında əlaqəni təmin etmək üçün keçid məntəqələrinin yaradılmasına hazırıq”.

Bir çox fərziyyələr var ki, 9-cu bəndə əsasən, Ermənistanın ərazisinin təhlükəsizliyini üçüncü tərəf təmin etməlidir. Əksinə, 9-cu bənd Ermənistanın hər hansı bir ərazisinin hər hansı bir tərəfin, xüsusən də Rusiyanın nəzarət etməli olduğunu demir”, – deyə o qeyd edib.

Paşinyan Azərbaycanla demarkasiya məsələlərinə də toxunub.

Bildirib ki, Tavuş bölgəsində sərhədlərin müəyyən edilməsi prosesinin bir məqsədi var: müharibəni mənasız, məntiqsiz və real olmayan etmək:

Hazırda işlərin 90 faizi tamamlanıb. Bu iş getdikcə təhlükəsizlik təminatlarının formalaşdığına, müharibənin əsasını itirərək məntiqsiz və qeyri-legitim xarakter almasına inamı daha da gücləndirir”.

1980-ci illərin demarkasiya işlərindən çox danışırlar. Deyirlər ki, hökumətin bundan xəbəri yoxdur, bu sənədlər dağıdılıb. Demək istəyirəm ki, mən bunları oxumuşam. Amma bu paket hüquqi qüvvə almayıb”, – deyə Paşinyan əlavə edib.

Bununla belə Nkiol Paşinyan noyabra qədər Azərbaycanla sülh müqaviləsinin imzalanması ideyası ilə razıdır.

Onun sözlərinə görə, bu məqsədə çatmaq üçün danışıqlar zamanı razılaşdırılmış bütün prinsipləri sənəddə qeyd etmək lazımdır və bu prinsiplər açıqdır. Eyni zamanda, Ermənistanın Baş naziri iki ölkənin xarici işlər nazirlərinin Almatıda keçiriləcək görüşündən sonra irəliləyişin olacağına ümid edib.

Baş nazir mayın 8-də Rusiya Prezidenti ilə görüşdə ikitərəfli və çoxtərəfli məsələləri müzakirə edəcəklərini deyib:

Rusiya ilə gündəm çox müxtəlifdir. Bilirsiniz ki, bu müddət ərzində çoxlu suallar yığılıb və onların bəziləri artıq səsləndirilib. Onlar Ermənistan-Rusiya dostluq münasibətləri kontekstindən neqativ nüansları aradan qaldırmaq məqsədi ilə səsləndirilir. Təbii ki, biz münasibətlərimizin bütün ikitərəfli və çoxtərəfli gündəliyini müzakirə edəcəyik”.

Ana səhifəSiyasətPaşinyan: “Naxçıvanla Azərbaycan arasında keçid məntəqəsi açmağa hazırıq”