close

MeyArt – Cəmil Həsənli: “Bəlkə də yazılmış yeganə memuardır ki, səhvləri də orada tapa bilərsiz”

Azərbaycanın ictimai-siyasi həyatında xatirələrin kitaba çevrilməsi ənənəsinə niyə az rast gəlinir? Zaman-zaman bu sorğulanır. Ancaq bəzi insanlar var ki, öz həyat hekayələrini bölüşməyə cəsarət edir. Bu günlərdə tarixçi Cəmil Həsənlinin 70 illik ömründən süzülən avtobiaqrafik kitabı “Zamanın Sınağında” çapdan çıxıb. Əsər sadə bir memuar deyil. Cəmil Həsənli tarixçi kimliyindən yola çıxaraq bizi Azərbaycanın yaxın keçmişinə səyahət etdirir. O, yaddaşında təzə qalmış keçmişini doğruları və yanlışları ilə birgə vərəqlərə köçürüb. 

Akademik Milli Dram Teatrı beynəlxalq kibercinayətkar qrupun dələduzluq əməlləri ilə bağlı ictimaiyyətə müraciət edib. Bildirilir ki, kibercinayətkar qrup saxta yolla yaratdığı domenli sayt vasitəsi ilə onlayn şəkildə insanlara tamaşa biletləri təklif edir. Saytın domenində olan “azdram” sözü insanlarda çaşqınlıq yaradır. Bu vasitəylə guya teatrda oynanılacaq tamaşalar üçün 50 manata təklif olunan onlayn bileti almaq istəyənlərdən hesab nömrəsinin məlumatlarının daxil edilməsi tələb olunur. Nəticədə vətəndaşların pulları mənimsənilir. 

Akamedik Milli Dram teatrının rəhbərliyi məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Rabitə Nazirliyinə müraciət olunduğu deyib.

Yazıçı, senarist Orxan Fikrətoğlu Kino Agentliyində müşavir vəzifəsinə təyin edilib. Orxan Fikrətoğlu bundan öncə Milli Kulinariya Mərkəzinin direktoru kimi çalışıb. Kino Agentliyi ölkə başçısı İlham Əliyevin sərəncamı ilə 2022-ci il yaranıb. Bu xəbər kino camiəsində sevinclə qarşılanmışdı. Agentliyin qarşısına kino sənayesinin sərmayə cəlbediciliyinin artırılması məqsədilə tədbirlər görmək, Azərbaycan kinematoqrafiyasının dünya kinematoqrafiyasına inteqrasiyası etməsi üçün işlər aparmaq kimi vəzifələr qoyulub.

Amerikalı aktyor, musiqiçi Conni Depp üzvü olduğu “Hollywood Vampires” qrupu ilə birgə konsert vermək üçün İstanbula gəlib. Onlar konsertdən əldə edilən bütün gəliri bu ilin fevralında Türkiyədə baş verən güclü zəlzələdə zərərçəkənlərə bağışlayacaqlarını açıqlayıb.

Fevralın 6-da Türkiyənin bəzi şəhərlərində baş verən zəlzələlərdən sonra bir çox məşhurlar ianə kampaniyalarına öz töhfələrini veriblər.

İki gün əvvəl topuğundan aldığı zədəyə görə Amerikada üç konsertini təxirə salan Depp İstanbuldakı çıxışından imtina etməyib.

Qrupu 2012-ci ildə Elis Kuper, Conni Depp və Co Perri birgə yaradıblar. Qrupda Depp həm oxuyur, həm də bas gitara, ritm və klaviaturada ifa edir.

Pikassonun “Qadın büstü” əsəri hərracda 3,4 milyon avroya satılıb. hərrac evinin nümayəndəsi Van Ham satışın gözlənildiyindən artıq olduğunu söyləyib. Əsərin qiyməti 1,5-2,5 milyon avro arasında dəyişir. Pikasso bu əsəri 1971-ci ildə ölümündən iki il əvvəl ərsəyə gətirib. Əsərdə ikinci həyat yoldaşının portretini yaradıb.

Ana səhifəVideoMeyArt – Cəmil Həsənli: “Bəlkə də yazılmış yeganə memuardır ki, səhvləri də orada tapa bilərsiz”