close

Məzahir Pənahov: “İşğaldan azad olunan ərazilərdə 20 min seçici səs verəcək”

Foto: Meydan TV

MSK sədri bu insanların azad edilmiş ərazilərdə ilk dəfə səs verəcəklərini deyib

Azərbaycanın işğaldan azad olunan ərazilərində 20 min seçicinin səs verəcəyi bildirilir.

Bu barədə dekabrn 8-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb.

Məzahir Pənahov həmin bölgələrdə seçki məntəqələrinin təşkil ediləcəyini vurğulayıb.

“Hərbi hissələri nəzərə alsaq, azad edilmiş ərazilərdə 20 min seçici var. Bu insanlar azad edilmiş ərazilərdə ilk dəfə səs verəcəklər”, – Pənahov belə deyib.

Hazırda davam edən komissiyanın iclasında 4 məsələ gündəliyə salınıb:

Növbədənkənar Prezident seçkilərinin təyin edilməsi; Seçkilərin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planının təsdiq edilməsi; Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən və hərəkətsizlikdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupunun yaradılması; MSK nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi.

Dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Ana səhifəSiyasətMəzahir Pənahov: “İşğaldan azad olunan ərazilərdə 20 min seçici səs verəcək”