close

Navalnı xalqı seçkiyə çağırıb: “Putin getməlidir”

Aleksey Navalnı. Foto: Dmitry Laudin/shutterstock

Siyasətçi hesab edir ki, təşviqat səsvermədən daha vacibdir

Aleksey Navalnı və komandası 2024-cü il martın 17-nə təyin edilmiş Prezident seçkiləri ilə bağlı strategiyasını açıqlayıb.

Onlar Rusiya seçiçilərini hazırkı dövlət başçısı Vladimir Putindən başqa istənilən namizədə səs verməyə çağırıblar:

“Qarşıdan gələn seçkilər seçki prosedurunun parodiyasıdır və yekun nəticələr hər zamankı kimi saxtalaşdırılacaq”.

“24 ildir ki, hakimiyyətdə olan 71 yaşlı Putinə daha 6 il qalmamasını izah edin. O, Rusiyaya zərər verəcək. Putin getməlidir. Təşviqat səsvermədən daha vacibdir. Səsinizdən heç kimin xəbəri olmasa, səsvermənin mənası yoxdur. Səs demək olar ki, Putinin xeyrinə oğurlanacaq”, – deyə Navalnının bloqunda qeyd olunur.

Siyasətçinin həmfikirləri də tərəfdarlarını seçkiləri boykot etmək qərarına gələnlərlə mənasız mübahisəyə son qoymağa çağırıblar:

Boykot tərəfdarları, biz sizin mövqeyinizi başa düşürük və bir çox arqumentlərinizi bölüşürük. Bizi birləşdirən bir şey var: Biz Putinə qarşı kampaniya aparacağıq və onun əleyhinə səs verəcəyik. Siz isə ona qarşı təbliğat aparırsınız və səs verib-verməyəcəyinizə özünüz qərar verin”.

Aleksey Navalnı 2021-ci ilin fevralında Almaniyadan Rusiyaya qayıdarkən “Şeremetev” Hava Limanında saxlanılıb.

Avqustun 4-də Moskva Şəhər Məhkəməsi Aleksey Navalnıya ekstremist birlik yaratmaq ittihamı ilə 19 il həbs cəzası verib.

Ana səhifəSiyasətNavalnı xalqı seçkiyə çağırıb: “Putin getməlidir”