close

Müharibə nəticəsində Qara dənizdə 900-dən çox delfin məhv olub

Фото: shutterstock\MirabilePictures

“Hromadske”nin materialı

Rusiyanın Ukraynaya tammiqyaslı hücumundan sonra mütəxəssislər Qara dənizdə 900-dən çox delfinin məhv olduğunu qeydə alıblar. Heyvan cəsədləri Ukrayna, Bolqarıstan və Türkiyə sahillərində aşkarlanıb. 

Bu haqda ətraf mühit və təbii ehtiyatlar naziri Ruslan Streles “The New York Times”a müsahibəsində xəbər verib.

Pavel Qoldin adına Ukrayna Dəniz Ekologiyası Elmi Mərkəzinin zoologiya doktoru Pavel Qoldin izah edib ki, delfinlər Qara dənizin ekologiya sisteminin əsas varlıqlarıdır. Onların populyasiyasının azalması və ya vəziyyətlərinin pisləşməsi nəticəsində dəniz ekologiya sistemi tamamilə zərər çəkəcək. 

Streles qeyd edib ki, təkcə iyul ayında bir həftə ərzində 10-dan çox delfin cəsədi aşkarlanıb. Ümumilikdə isə 900-dən çox delfin cəsədi qeydə alınıb. Hələlik məhv olmuş delfinlərin dəqiq sayı məlum deyil, belə ki, onların cəsədləri dəniz axınında ola bilər. Mütəxəssislər həmçinin onların ölüm səbəbini aydınlaşdırmağa çalışırlar.    

Jurnalistlər əlavə edirlər ki, 2019-cu ilin statistikasına görə, Qara dənizdə 120 minə yaxın delfin yaşayıb. “The New York Times” “Uanimals” zoomüdafiə təşkilatının məlumatına əsaslanaraq yazır ki, 50 minə yaxın delfin məhv ola bilər və bu, ümumilikdə heyvanların populyasiyasının 40%-ni təşkil edir. 

Ehtimal olunan ölüm səbəbləri

Alimlər ehtimal edirlər ki, ölüm səbəblərindən biri Rusiya gəmiləridir. Belə ki, gəmilər akustik hidrolokator siqnallarından istifadə etdiyindən, bu, delfinlərin səmti müəyyənləşdirməsinə mane ola bilər. Həmçinin raket atəşindən və təyyarələrin aşağıdan uçmasından doğan şiddətli küy ziyan vurur.

Mütəxəssislər bundan başqa, xeyli sayda minaları da qeyd edirlər ki, onlar delfinlərin sərbəst hərəkət etməsinə maneçilik törədir. Eyni zamanda yanacağın axması və raket qırıntıları Qara dəniz biosfera qoruğunu – Ukraynanın mühafizə olunan ən iri təbii ərazisini çirkləndirib.  

Bundan əlavə, Kaxovka SES-nın partladılması nəticəsində Qara dənizə və Dnepr deltasına ”trilyon litr çirkli su” axıb ki, bu da “ətraf mühitə ən ciddi zərbə vurub”.

Ana səhifəDünyaMüharibə nəticəsində Qara dənizdə 900-dən çox delfin məhv olub