close

Müharibəyə qarşı çıxan daha bir neçə şəxs Rusiyada xarici agent reyestrinə daxil edilib

Nikita Kukuşkin və Oleq Tinkov. Meydan TV montaj

Onların arasında jurnalist, ədəbiyyatçı, biznesmen var

Rusiya Ədliyyə Nazirliyi iş adamı Oleq Tinkovu və aktyor Nikita Kukuşkini xarici agentlərin reyestrinə daxil edib.

Bu barədə idarənin saytında məlumat yerləşdirilib.

Bildirilib ki, O.Tinkov və N.Kukuşkin Ukraynada xüsusi hərbi əməliyyatın keçirilməsinə qarşı çıxıblar.

Hər iki şəxs Rusiyadan kənarda yaşayırlar.

Bundan başqa, jurnalist və ədəbiyyatşünas Anna Narinskaya, filosof Yuliya Sineokaya, ictimai fəal Aslan Artsuyevun də adları reyestrdə yer alıb.

Fevralın 14-də Rusiya Prezidenti Vladimir Putin Rusiya ordusu barədə saxta məlumatlar yayanların əmlakının müsadirə edilməsi haqqında qanun imzalayıb.

Rusiya Cinayət Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, ordu və dövlətin təhlükəsizliyinə qarşı yönəlmiş ictimai çağırış edənlərin və ya yalan məlumat yayanların əmlakları müsadirə olunacaq.

Ana səhifəDünyaMüharibəyə qarşı çıxan daha bir neçə şəxs Rusiyada xarici agent reyestrinə daxil edilib