close

Yuliya Navalnı:  “Putin əvvəlcə Rusiyaya, sonra isə ailəmə qarşı etdiklərinə görə məsuliyyət daşıyır”

Aleksey Navalnı. Foto: Meydan TV

Qərb liderləri müxalifətçinin ölümündə Putini günahkar hesab edir

Navalnının həyat yoldaşı Münhen Təhlükəsizlik Konfransında “Putin əvvəlcə Rusiyaya, sonra isə ailəmə qarşı etdiklərinə görə məsuliyyət daşıyır”, – deyib.

Rusiya Prezidenti Vladimir Putinin ən güclü daxili rəqibi Aleksey Navalnı 30 illik həbs cəzasını çəkdiyi Arktikada “Qütb canavarı” cəza koloniyasında gəzintidən sonra huşunu itirib və yıxılaraq ölüb.

“Reuters” yazır  ki, 47 yaşlı keçmiş hüquqşünas Navalnının ölümü Putinin seçkiyə hazırlaşdığı bir vaxtda olub.

ABŞ Prezidenti Co Bayden də Navalnının ölümü ilə bağlı Rusiyanı tənqid edib. Digər Qərb liderləri kimi o da bu ölümdə Putini günahkar hesab edib.

Navalnı on il əvvəl Putinin, eləcə də Rusiyanı idarə edən məmurların korrupsiya ilə varlandığını bildirib. O, dedikləri ilə bağlı faktlar təqdim edərək, ictimaiyyət qarşısında məşhurlaşmışdı.

Sayt qeyd edir ki, Rusiyada Navalnı kimi başqa müxalifət lideri yoxdur.

Navalnının həyat yoldaşı Yuliya Münhen Təhlükəsizlik Konfransında bildirib: “Putin, onun bütün ətrafı, Putinin dostları və hökuməti bilsinlər, onlar ölkəmizə, mənim ailəmə, ərimə qarşı etdiklərinə görə məsuliyyət daşıyacaqlar”.

Bəzi Qərb liderləri dəlillərə istinad etmədən Kremli qətldə ittiham edib və Putinin cavab verməli olduğunu bildirib.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Qərb liderlərinin ölümə reaksiyası qəbuledilməzdir və tamamilə yanlışdır.

“Biz nə baş verdiyini dəqiq bilmirik, lakin şübhə yoxdur ki, Navalnının ölümü Putin və onun ətrafının etdiklərinin nəticəsidir”, – Bayden xüsusi açıqlamasında deyib.

Ana səhifəSiyasətYuliya Navalnı:  “Putin əvvəlcə Rusiyaya, sonra isə ailəmə qarşı etdiklərinə görə məsuliyyət daşıyır”