close

Narkotik cinayətləri siyasi repressiya üçün bir vasitə kimi

Avropa Şurasının hesabatı ortaya çıxarıb ki, əsas cinayətlər qaydasını tətbiq etdikdə, Azərbaycan narkotik cinayətlərinə görə, Avropada birinci yerdədir. 2022-ci il üzrə paylaşılan hesabata əsasən barəsində hökm çıxarılmış şəxslərin 37 faizi narkotik cinayətlərinə görə cəzalanıb.

Amma Azərbaycanda statistikadan kənar başqa bir reallıq da var. Narkotik cinayətlərinin başqa bir üzü.

Narkotik ölkənin siyasi mübarizə tarixində simvola çevrilib. O hökumətə etiraz edənlərin ya evindən, ya da cibindən çıxır.

Nida Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəman da siyasi aktivliyinə görə narkotiklə şərləndiyini deyir. O, həyatının 3 ilini həbsdə keçirib.

Keçmiş müstəntiq Rüfət Səfərov izah edir ki, siyasi şəxslərin həbsində hökumətin bu yola əl atmasının əsas səbəbi narkotik işinin bir neçə hal şahidinin vasitəsiylə, asanlıqla qurulmasıdır.

Hesabatda olduğu kimi, Daxili İşlər Nazirliyi də ötən ilin birinci rübü ilə müqayisədə bu il narkotiklə ittiham olunanları sayı artdığını təsdiqləyir. Bəs, siyasiləri narkotik adı altında cəzalandıran hökumət həqiqi narkotikə qarşı necə mübarizə aparır?

Azərbaycanda narkotiklə mübarizə siyasəti dövri olaraq təsdiq edilən dövlət proqramları vasitəsilə aparılır. Ancaq göstəricilər ildən-ilə artır.

Ana səhifəVideoNarkotik cinayətləri siyasi repressiya üçün bir vasitə kimi