close

Nazir şöbəni ləğv etdi, Cəsarət Valehov işsiz qaldı

Foto: Elm və Təhsil Nazirliyi

Yeni şöbəyə Səbuhi Rzayev müdir təyin olunub

Elm və Təhsil Nazirliyində yeni təyinatların olduğu bildirilir.

Dəyişikliyə əsasən, İctimaiyyətlə əlaqələr sektoru ləğv edilib.

Əvəzində İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi yaradılıb.

Şöbə ləğv olunandan sonra İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun adı Elm və Təhsil Nazirliyində vəzifəyə yeni təyin olunan şəxslərin siyahısında yer almayıb.

Cəsarət Valehov yaxın günlərdə yeni iş fəaliyyətilə bağlı məlumat verəcəyini bildirib.

Yeni yaradılan İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinə Səbuhi Rzayev müdir təyin olunub.

Səbuhi Rzayev bu təyinatadək nazirliyin Vətəndaş müraciətləri ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsini tuturdu.

1988-ci il təvəllüdlü Səbuhi Rzayev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və İngiltərənin York Universitetinin məzunu olub.

Elm və Təhsil Nazirliyinə gələnədək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında çalışıb.

Cəsarət Valehov
Cəsarət Valehov. Foto: Facebook

Nazirliyin Aparatındakı digər struktur dəyişikliyi nəticəsində şöbə və sektorlar yenidən adlandırılıb, yeni şöbələr yaradılıb.

Yeni struktur bölmələr Məktəbəqədər və ümumi təhsil siyasəti, Elm və ali təhsil siyasəti, Peşə təhsili siyasəti, Uşaq və gənclərin inkişafı siyasəti, İctimaiyyətlə əlaqələr və kommunikasiya, Strateji planlaşdırma və icraya nəzarət şöbələri, Satınalmalar və qrantlar sektorudur.

Həmçinin nazirliyin aparatında mövcud olan Beynəlxalq əməkdaşlıq, Maliyyə, Təhsilin iqtisadiyyatı, Vətəndaşlara xidmət və sənədlərlə iş, Hüquq, İnsan resursları, Daxili nəzarət və Audit şöbələri də fəaliyyətini davam etdirəcək.

Struktur dəyişikliyindən sonra Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması, Məktəbdənkənar fəaliyyətin təşkili və Təhsilin inkişafı proqramları şöbələri ləğv edilib.

Əliyev Elnur Qəzənfər oğlu nazirin müşaviri təyin edilib.

Elnur Əliyev eyni zamanda Təhsil İnstitutunun direktoru vəzifəsini icra edəcək.

Nazirin müvafiq əmri ilə Elvin Rüstəmov Aparat rəhbərinin müavini təyin olunub.

Aparılan vəzifə dəyişikliklərinə əsasən, Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinə Vəfa Yaqublu, Elm və ali təhsil siyasəti şöbəsinə Turxan Süleyman, Uşaq və gənclərin inkişafı siyasəti şöbəsinə Elnur Əliyev, Beynəlxalq əməkdaşlıq şöbəsinə Simuzər Feyzullayeva, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinə isə Səbuhi Rzayev müdir təyin olunublar.

Strateji planlaşdırma və icraya nəzarət şöbəsinin müdir səlahiyyətlərinin icrası isə Strateji planlaşdırma və koordinasiya sektorunun müdiri Leyla Xəlilova Rzazadəyə həvalə olunub.

Maliyyə şöbəsinin müdiri Rauf Orucov, Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri Kənan Kərimzadə, Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinin müdiri Rəşad Xanlarov, Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov, Daxili nəzarət şöbəsinin müdiri Gündüz Əbdülov, Audit şöbəsinin müdiri isə Vaqif Məmmədovdur.

Ana səhifəSosialNazir şöbəni ləğv etdi, Cəsarət Valehov işsiz qaldı