close

“Neftçi” Konfrans Liqasında ilk oyununa çıxıb

Foto: UEFA-nın rəsmi saytı

“Jelezniçar”la səfər matçında qalib müəyyənləşməyib

“Neftçi” klubu iyulun 27-də UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununu keçirib.

Bakı təmsilçisi turnirdəki ilk matçına Bosniya və Herseqovinada çıxıb. “Ağ-qaralar” bu ölkənin “Jelezniçar” komandası ilə qarşılaşıb.

“Qrbavitsa” stadionunda keçirilən oyunun start fiti saat 23:00-da verilib.

Foto: “Jelezniçar”ın sosial media hesabı

“Neftçi” rumıniyalı yeni baş məşqçisi Adrian Mutunun rəhbərliyi altında çıxdığı oyundan heç-heçə ilə ayrılıb. Komandalar hərəyə iki dəfə qol sevinci yaşayıb – 2:2.

“Neftçi” ilə “Jelezniçar” arasında cavab oyunu avqustun 3-də Bakıda keçiriləcək.

Ana səhifəİdman“Neftçi” Konfrans Liqasında ilk oyununa çıxıb