close

CSEEES: “Hər kəs Azərbaycan hakimiyyətini Qubad İbadoğlunu təcili azad etməyə çağırmalıdır”

Source: Meydan TV

İqtisadçının həbsi ilə bağlı bəyanatlar verilir

Azərbaycanda həbs edilən iqtisadçı Qubad İbadoğlu ilə bağlı Slavyan, Avrasiya və Şərqi Avropa Araşdırmaları Mərkəzi (CSEEES) bəyanat  yayıb.

Bəyanatda onun haqsız həbsi pislənir və Azərbaycan hökumətindən onu azad etməsi tələb olunur:

Dünyada və Azərbaycanda insan haqları ilə maraqlanan hər kəs Azərbaycan hakimiyyətini Qubad İbadoğlunu təcili azad etməyə çağırmalıdır. Üstəlik onun sağlamlıq durumu yerində deyil və dərmanlarına əli çatmır”.

Mərkəz qeyd edir ki, onlar Qubad İbadoğlunun həbsi barədə məlumatı yeni alıblar:

Bizdə olan məlumata görə, tanınmış azərbaycanlı iqtisadçı Qubad İbadoğlu Bakıya xəstə anasına qulluq etmək üçün qısamüddətli səfər edib. Həmin vaxt qondarma ittihamlarla həbs edilib. Qubad İbadoğlu tanınmış müxalif siyasətçi, iqtisadçı, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədridir. Hazırda London İqtisadiyyat Məktəbinin, Avropa Tədqiqatları Mərkəzinin böyük qonaq alimi olan İbadoğlu burada və Duke-də qonaq alim kimi çalışdığı dövrdən CSEEES-də böyük hörmətlə xatırlanır”.

Sonda Qubad İbadoğlu və həyat yoldaşı İradə Bayramovaya həbs zamanı və ondan sonra edilən təzyiqlər pislənir.

Həbs zamanı həm Qubad İbadoğlu, həm də onun həyat yoldaşı ağır döyülüblər. İbadoğlu hələ də həbsdə saxlanılır, ona dərman almaq imkanından məhrum edilir və səhhəti günü-gündən pisləşir. Qubad İbadoğlu və ailəsinə kömək etmək üçün Konqres nümayəndələriniz və təsir göstərə biləcəyini düşündüyünüz digər şəxslərlə əlaqə saxlamaqda bizə qoşulun”.

Qubad İbadoğlunun həbsi ilə bağlı Nyu Yorkda mənzillənən The New University in Exile Consortium da məlumat yayıb

Həmin açıqlamada universitet üzvləri olan iqtisadçı Qubad İbadoğlunun Azərbaycandakı həbsindən kədərləndiklərini bildirirlər.

Qubad İbadoğlu beynəlxalq miqyasda hörmətə malik iqtisadçıdır, ən son 2021-ci ilin sentyabrından 2023-cü ilin iyununadək London İqtisadiyyat Məktəbində çalışıb. Prinston Universitetinin Qabaqcıl Tədqiqat İnstitutunda tədqiqatçı və Demokratiya üçün Milli Fondun əməkdaşıdır. Biz, onun ailəsi, dostları və həmkarları onun düşdüyü vəziyyətdən son dərəcə narahatıq. Konsorsium onun azad edilməsi üçün mümkün olan hər şeyi etməyə hazırdır”.

Universitet Qubad İbadoğlunun həbsini ədalətsiz sayır və onun tezliklə azad edilməsini tələb edir.

Ana səhifəTövsiyəCSEEES: “Hər kəs Azərbaycan hakimiyyətini Qubad İbadoğlunu təcili azad etməyə çağırmalıdır”