close

“Novatek” yanacaq ixracat terminalında bəzi əməliyyatları dayandırıb

Foto: Reuters

Bir neçə tankerin səfəri təxirə düşüb

Rusiyanın enerji şirkəti “Novatek” Baltik dənizindəki yanacaq ixracat terminalında bəzi əməliyyatları dayandırmaq məcburiyyətində qaldığını açıqlayıb. Səbəb kimi Ukraynanın dron hücumunu göstərib.

Sankt-Peterburqdan təxminən 170 km qərbdə, Finlandiya körfəzində yerləşən nəhəng “Ust-Luga” kompleksi neft və qaz məhsullarının beynəlxalq bazarlara göndərilməsi üçün istifadə olunur. Buradan neft dəniz yolu ilə daşınır. Problemin nə qədər davam edəcəyi bilinmir. Məlum olan odur ki, bir neçə tankerin səfəri təxirə düşüb. Məlumatda bildirilir ki, bunun beynəlxalq enerji bazarlarına təsirinin necə olacağı hələlik, bəlli deyil.

“İnterfaks-Ukrayna” xəbər agentliyinə adının açıqlanmasını istəməyən mənbə bildirib ki, həmin bölgədə yanğın olub. Bu, Ukrayna təhlükəsizlik xidmətlərinin keçirdiyi xüsusi əməliyyat nəticəsində baş verib. Mənbə qeyd edib ki, “Ust-Luga” Rusiya üçün mühüm obyektdir. Orada yanacaq emal olunur və başqa yerlərə daşınmaqla yanaşı, Rusiya qoşunlarına da verilir:

Belə terminala uğurlu hücum təkcə düşmənə iqtisadi ziyan vurmur, həm də Rusiya hərbçiləri üçün yanacaq təchizatını xeyli çətinləşdirir”. Digər tərəfdən, Rusiyanın Müdafiə Nazirliyi açıqlayıb ki, Ukraynanın Xarkov vilayətində Kraxmalnoye kəndini ələ keçiriblər. Ukrayna Silahlı Qüvvələri isə kənddən geri çəkildiyini təsdiqləyib. Quru qüvvələrinin spikeri Vladimir Fityo “hərbçilər daha hazırlıqlı ərazilərə yerləşib” deyə, açıqlama verib. “Rusiyanın müdaxiləsinədək Kraxmalnoye kəndində 45 nəfər yaşayıb. Burada beş ev vardı, lakin Rusiya ordusu artıq o evləri dağıdıb”.

Bu kəndi 2022-ci ilin payız aylarında Ukrayna hərbçiləri azad etmişdi.

Ana səhifəDünya“Novatek” yanacaq ixracat terminalında bəzi əməliyyatları dayandırıb