close

Paşinyanın oğlu hücuma məruz qaldığını təkzib edir

A.Paşinyan. Foto: “news.am”

“Mənə qarşı heç bir siyasi və digər hücumlar olmayıb”

Aprelin 4-də Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan döyülməsi ilə bağlı parlamentin spikeri Alen Simonyanın söylədiklərini təkzib edib.

Məlumatı Nikol Paşinyanın ailəsinə məxsus “Haykakan Jamanak” qəzeti yayıb.

“Mənə qarşı heç bir siyasi və digər hücumlar olmayıb. Təəssüf ki, haqqımda yayılan yalan məlumatı təkzib etməliyəm”, – deyə A.Paşinyan bildirib.

Ermənistan parlamentinin spikeri Alen Simonyan aprelin 3-də “Facebook” səhifəsində yazmışdı ki, Aşot Paşinyan hücuma məruz qalıb. Ancaq spiker hücum harada və necə baş verdiyini açıqlamamışdı.

Alen Simonyan 3 gün əvvəl Dövlət və Hüquq Məsələləri Daimi Komissiyasının sədri Vladimir Vardanyana da hücumun olduğunu əlavə etmişdi.

O, hücumun Daşnaksütun Partiyası tərəfindən təşkil olunduğunu vurğulamışdı

Ana səhifəDünyaPaşinyanın oğlu hücuma məruz qaldığını təkzib edir