close

Priqojin “Vaqner”in Baxmutu tərk edəcəyini açıqladı

Yevgeni Priqojin. Foto: “Reuters”

“Vaqner”in rəhbəri “mərmi çatışmazlığı”na görə Şoyqu və Gerasimovu ittiham edir

“Vaqner” hərbi qrupunun rəhbəri Yevgeni Priqojin mayın 10-da Baxmutu tərk edəcəkləri barədə bəyanat yayıb.

Y.Priqojin bu addımı “mərmi çatışmazlığı” səbəbindən atacağını açıqlayıb:

“Mən “Vaqner” hərbi qrupunu Baxmutdan çıxarıram, çünki hərbi silah-sursat çatışmazlığı səbəbindən onlar mənasız ölümə məhkum olunurlar”.

Y. Priqojin mayın 5-də muzdluların cəsədlərini əks etdirən videogörüntü yayıb.

O, videomüraciətdə Rusiyanın hərbi rəhbərliyi haqqında sərt ifadələr də işlədib:

Bu oğlanlar “vaqnerçilər”dir, onlar bu gün həlak olublar. Onların qanı hələ soyumayıb. Bizdə 70 faiz sursat çatışmazlığı var.  Şoyqu, Gerasimov, …  hanı sursatlar? Siz, iyrənc məxluqlar bahalı klublarda oturursunuz. Övladlarınız “Youtube”da rolik çəkir. Burada ölən uşaqlar kiminsə atası, balasıdır. Hesab edirsiniz ki, dünyanın sahibi sizsiniz? Elə bilirsiniz sursat anbarları sizdədir deyə buna haqqınız var…”.

Baxmut Donbassda Kramatorsk, Slavyansk, Seversk və Toretskə hücum marşrutlarını əhatə edən və Ukraynanın möhkəmləndirilmiş ərazisi kimi mühüm nəqliyyat mərkəzidir.

2022-ci il may ayının ikinci yarısından etibarən rus qoşunları Baxmuta güclü raket hücumları həyata keçirir.

2023-cü ilin aprelində Yevgeni Priqojin iddia edir ki, onun muzdluları şəhərin 90%-nə nəzarət edirlər.

Ancaq o, aprelin sonunda artıq Baxmutu tərk edəcəyini vurğulamışdı.

Tarixçə

2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən -27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Referendumda üç sual qoyulub: “Siz regionun Ukraynadan ayırılmasının, müstəqil dövlət yaradılmasının və Rusiyanın tərkibinə daxil olmasının tərəfdarısınızmı?”

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib

Ana səhifəDünyaPriqojin “Vaqner”in Baxmutu tərk edəcəyini açıqladı