close

Putin Əliyevin Azərbaycanda rus dilinə dəstək verdiyini deyir

Foto: Azərtac

“Rus dili İlham Əliyevin hərtərəfli dəstəyini alır”

Vladimir Putin Rusiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini, prosesin etibarlı və böyük praqmatizmlə getdiyini deyib.

Bu barədə Putin iyunun 5-də dünyanın bir sıra xəbər agentliklərinin rəhbərləri ilə görüşündə danışıb.

Bilirsiniz, biz Azərbaycan rəhbərliyinin dövlətlərarası əlaqələri məhz qarşılıqlı maraq və deyərdim ki, müəyyən dərəcədə bir-birimizə simpatiya əsasında qurmaq ruhunu hiss edirik”, – deyə Putin söyləyib.

Rusiya Prezidenti həmçinin Azərbaycanda rus dilinin vəziyyətinə də toxunub:

Azərbaycanda 300-ə yaxın məktəb var ki, onların şagirdləri rus dilində təhsil alırlar. Azərbaycanda rus dilinin öyrənilməsi Prezident İlham Əliyevin hərtərəfli dəstəyini alır. Bu, o deməkdir ki, Azərbaycan vətəndaşları ikitərəfli münasibətlərin inkişafı üçün rus dilinə ehtiyac duyacaqlar”.

Onun sözlərinə görə, Rusiya ilə Azərbaycanın ticarət dövriyyəsi təqribən 4,6 milyard dollara çatıb.

Onun sürətli artım tempi davam edir. Əminəm ki, tərəflər bu münasibəti davam etdirsələr, çox yaxşı nəticələr verəcək”, – deyə Putin fikrini yekunlaşdırıb.

Ana səhifəSiyasətPutin Əliyevin Azərbaycanda rus dilinə dəstək verdiyini deyir