close

Azərbaycan hərbçisinin təlim zamanı öldüyü bildirilir

Foto: Müdafiə Nazirliyi

Məlumatı Müdafiə Nazirliyi yayıb

İyunun 5-də Azərbaycan ordusunun giziri Sənan Əhmədovun hərbi təlim zamanı həyatını itirdiyi bildirilir.

Bu barədə Meydan TV-yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Sənan Əhmədov paraşütdən atlama təlimi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub.

Meydan TV hərbçinin yaxınlarından münasibət öyrənə bilməyib.

Ana səhifəXəbərlərAzərbaycan hərbçisinin təlim zamanı öldüyü bildirilir