close

Putin Patruşevə yeni vəzifə verdi

Nikolay Patruşev. Foto: arxiv

O, Prezidentin köməkçisi təyin edilib

Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, Təhlükəsizlik Şurasının keçmiş katibi Nikolay Patruşev Vladimir Putinin köməkçisi təyin edilib.

Həmçinin indiyədək Tula vilayətinə rəhbərlik edən Aleksey Dyumin də Prezidentin köməkçisi vəzifəsinə təyinat alıb.

Bu barədə Rusiya Prezidenti mayın 14-də sərəncam imzalayıb.

Qeyd olunur ki, keçmiş təhsil naziri Andrey Fursenko və Mədəniyyət Nazirliyinin keçmiş rəhbəri Vladimir Medinski Prezidentin köməkçiləri təyin edilib:

“Daha əvvəl Vladimir Putinin köməkçisi olmuş Maksim Oreşkin administrasiya rəhbərinin müavini olub”.

Nikolay Patruşev mayın 12-də Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilib.

Onun yerinə müdafiə naziri Sergey Şoyqu təyin olunub.

Ana səhifəDünyaPutin Patruşevə yeni vəzifə verdi