close

Putin taktiki nüvə silahlarını Belarusa yerləşdirməklə Qərbə xəbərdarlıq edib

V.Putin. Foto: Meydan TV

ABŞ Rusiyanın nüvə silahından istifadəyə hazırlaşmadığını deyir

Rusiya Prezidenti Vladimir Putin Belarusda nüvə silahları yerləşdirməklə Qərbə xəbərdarlıq etdiyini deyib.

Putin açıqlamasında hazırda Belarusda nüvə başlıqlarının olduğunu təsdiqləyib.

Qeyd edib ki, ilin sonuna qədər silahların sayını artıracaqlar:

“Lakin Moskva hələlik nüvə silahından istifadə etməyə ehtiyac görmür”.

“Reuters” yazır ki, Moskva Sovet İttifaqının süqutundan sonra Rusiyadan kənarda döyüş başlıqlarını – potensial olaraq döyüş meydanında istifadə oluna biləcək daha qısamənzilli nüvə silahları ilk dəfə yerləşdirir.

Rusiya lideri: “Bu, Ukraynanı silahlandıran və dəstəkləyən Qərbə xəbərdarlıq xarakteri daşıyır”, – deyib.

“…Bu, məhz çəkindirmə elementidir. Bizə strateji məğlubiyyət vermək haqqında düşünənlərin hamısı bu şəraitdən xəbərdar olsunlar”, – Putin bildirib.

Putinin sadiq müttəfiqi kimi tanınan Lukaşenko iyunun 16-da taktiki nüvə silahlarının yerləşdirilməsi ilə bağlı açıqlama verib.

O deyib ki, ölkəsi ABŞ-ın 1945-ci ildə Yaponiyaya atdığı atom bombalarından təxminən üç dəfə güclü olan taktiki nüvə silahlarını Rusiyadan tədarük etməyə başlayıb.

Rusiya lideri martda ABŞ-ın onilliklər ərzində bir çox Avropa ölkələrində bu cür silahlar yerləşdirməsinə işarə edib.

O, Belarusda taktiki nüvə silahı yerləşdirməyə razı olduğunu da açıqlayıb.

Birləşmiş Ştatlar Putinin qərarını tənqid edib, lakin strateji nüvə silahları ilə bağlı öz mövqeyini dəyişmək niyyətində olmadığını və Rusiyanın nüvə silahından istifadə etməyə hazırlaşdığına dair heç bir əlamət görmədiyini bildirib.

Bununla belə, Rusiyanın addımı Vaşinqton və onun müttəfiqləri, eləcə də Ukraynadakı müharibədə nüvə silahından istifadəyə qarşı dəfələrlə xəbərdarlıq edən Çin tərəfindən diqqətlə izlənilir.

Putin deyib ki, Qərb Moskvanın Ukraynada keçirdiyi “xüsusi hərbi əməliyyat”ı İkinci Dünya savaşından sonra Avropada ən böyük quru müharibəsi sayılır.

Ana səhifəSiyasətPutin taktiki nüvə silahlarını Belarusa yerləşdirməklə Qərbə xəbərdarlıq edib