close

Qabonda hərbi çevrilişin baş verdiyi bildirilir

Foto: REUTERS/Gerauds Wilfried Obangome

Yüksək rütbəli zabitlər hakimiyyəti ələ keçirdiklərini deyirlər

Avqustun 30-da Qabonda bir qrup yüksək rütbəli hərbçi hakimiyyəti ələ keçirdiklərini açıqlayıblar.

Bu, Mərkəzi Afrika dövlətinin seçki qurumunun Prezident Əli Bonqonun üçüncü müddətə qalib gəldiyini elan etməsindən bir neçə dəqiqə sonra baş verib.

Zabitlər “Qabon 24” televiziya kanalında bildiriblər ki, onlar ölkənin bütün təhlükəsizlik və müdafiə qüvvələrini təmsil edirlər.

Onlar seçkilərin nəticələrinin ləğv edildiyini, bütün sərhədlərin növbəti bildirişə qədər bağlandığını və dövlət qurumlarının ləğv olunduğunu açıqlayıblar.

“Reuters” müxbirinin verdiyi məlumata görə, ailəsi daha çox neft və manqan hasil edən ölkəni yarım əsrdən çox idarə edən Bonqonun hakimiyyətdən qovulduğunu elan edib.

Bundan sonra paytaxt Librevildə silah səsləri eşidilib.

Neft istehsalçıları qrupuna daxil olan və OPEC-in üzvü olan Qabon hökumətindən məsələyə dərhal şərh verilməyib.

Sonuncu dəfə avqustun 26-da keçirilən seçki günü  ictimaiyyət qarşısında görünən Bonqonun harada olduğu barədə məlumat yoxdur.

Fransanın Baş naziri Elizabet Borne deyib ki, Fransa keçmiş müstəmləkəsi olan Qabonda vəziyyəti yaxından izləyir.

Uğurlu olarsa, çevriliş Qərbi və Mərkəzi Afrikada 2020-ci ildən bəri səkkizinci çevriliş olacaq.

Sonuncu çevriliş Nigerdə iyulda baş verib.

Hərbi zabitlər Mali, Qvineya, Burkina Faso və Çadda da hakimiyyəti ələ keçiriblər.

Niger və digər Sahel ölkələri demokratik hökumətlərə inamı azaldan islamçı üsyanlarla mübarizə aparır.

Bonqonun ailəsi neft hasil edən, lakin kasıb ölkəni 56 ildir idarə edir.

Onu pisləyənlər deyirlər ki, o, neftini və digər sərvətlərinin üçdə birini yoxsulluq içində yaşayan 2,3 milyonluq əhaliyə yönəltmək üçün çox az iş görüb.

Bu gün ölkə ağır institusional, siyasi, iqtisadi və sosial böhran keçirir”, – deyən zabitlər avqustun 26-da keçirilən seçkilərdə şəffaflıq və etimadın olmadığını bildiriblər.

Qabon xalqı adına… hazırkı rejimə son qoymaqla sülhü müdafiə etmək qərarına gəldik”, – deyə açıqlama veriblər.

Bu sözlərlə başlayan bəyanatı zabitlərdən biri onlarla insanın içində oxuyub.

Hərbçilər özlərini Keçid və Qurumların Bərpa Komitəsinin üzvləri kimi təqdim ediblər.

Ləğv edildiyini bildirdikləri qurumlar isə hökumət, senat, milli məclis, konstitusiya məhkəməsi və seçki orqanıdır.

Bonqonun 18 rəqibinə qarşı üçüncü müddətə namizədliyini irəli sürdüyü şənbə günü keçirilən prezident, parlament və qanunvericilik seçkilərindən sonra iğtişaş qorxusu var idi. Lakin Prezidentin komandası dələduzluq iddialarını rədd edirdi.

Seçkidə beynəlxalq müşahidəçilərin olmaması, bəzi xarici yayımların dayandırılması və sorğudan sonra hakimiyyətin internet xidmətini kəsmək və ölkə daxilində gecə komendant saatı tətbiq etmək qərarı seçki prosesinin şəffaflığı ilə bağlı narahatlıqları artırmışdı.

“Reuters” bildirir ki, zabitlərin bəyanatından bir neçə saat sonra internetə çıxış bərpa olunub.

Qabon Seçki Mərkəzi avqustun 29-da elan etmişdi ki, Bonqon 64,27 faiz səslə seçkinin qalibi olub.

Onun əsas rəqibi Albert Ondo Ossa isə 30,77 faiz səslə ikinci yerdə qərarlaşıb.

64 yaşlı Bonqo 2009-cu ildə atası Ömərdən sonra prezident olub və 2016-cı ildə mübahisəli seçkilərdə yenidən seçilib.

Ana səhifəDünyaQabonda hərbi çevrilişin baş verdiyi bildirilir