Azərbaycan çempionu səfərdə “Linkoln”u məğlub edib
İyulun 23-də UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə start verilib.
Azərbaycan çempionu “Qarabağ” da yeni mövsümdə ilk rəsmi matçına çıxıb.
Qurban Qurbanovun çalışdırdığı komanda Çempionlar Liqasının yeni mövsümündəki ilk sınağında Cəbəllüttariq çempionu “Linkoln”un qonağı olub. Oyun saat 20:00-da başlayıb.
Qarşılaşma “Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Komandalar arasında cavab oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu cütün qalibi ÇL-in 3-cü təsnifat mərhələsində “Ludoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün güclüsü ilə üz-üzə gələcək.