close

Qubad İbadoğlunun Müdafiə Komitəsi yaradıldı

Foto: Turan İA

Qalib Bayramov: Bakı İstintaq Təcridxanasında sovqatı qəbul etməyiblər

Haqqında 3 ay 26 gün həbs qətimkan tədbiri seçilən iqtisadçı Qubad İbadoğlunun Müdafiə Komitəsi yaranıb. Komitənin sədri professor Cəmil Həsənli seçilib.

Bu barədə iyulun 25-də keçirilən mətbuat konfransında bildirilib.

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADRP) sədr müavini Ədalət Yusubov  deyib ki, Azərbaycan hakimiyyəti yeni yarana biləcək siyasi qüvvədən, liderdən çəkindiyinə görə Qubad İbadoğlunu həbs edib.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev İbadoğlunun hüquqlarını müdafiə komitəsi və komitənin fəaliyyətinin fərqli istiqamətləri üzrə işçi qrup yaratmağı təklif edib.

Hüquq müdafiəçisi Rüfət Səfərov bildirib ki, İbadoğlu tanınmış iqtisadçı və ciddi siyasətçi kimi hakimiyyət üçün “baş ağrısına” çevrilmişdi:

Qubad bəyin işğaldan azad edilmiş torpaqlarda aparılan işlərin korrupsiya səviyyəsi ilə bağlı ciddi araşdırmaları var idi”.

R.Səfərov ziyalıları və ictimai fəalları cəlb etməklə geniş müdafiə komitəsi yaratmağın vacib olduğunu əlavə edib:

Həmçinin, Qərb institutları ilə sıx əlaqədə olmağa ehtiyac var”.

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı həbslərin davam edəcəyini vurğulayıb:

“Rejim “avtoritardan totalitara doğru” gedir”.

“Qubad İbadoğlunun həbsi yalnız onun tənqidi fikirlərilə, partiya sədri olması və tələbələr üçün yaratdığı fondla bağlı deyil. Hökumət yeni repressiyalara hazırlaşır və fəalları, siyasətçiləri sıradan çıxarır. Cəmiyyət də, müxalifət də buna hazırlaşmalıdır”, deyə Azər Qasımlı bildirib.

Müzakirələrin yekunlarına görə, Cəmil Həsənlinin sədrliyi ilə İctimai Müdafiə Komitəsi və bu qurumun fəaliyyətinin müxtəlif istiqamətləri üzrə üç işçi qrup yaradılıb.

Tədbirdə iştirak edən Qubad İbadoğlunun qardaşı Qalib Bayramov bildirib ki, Bakı İstintaq Təcridxanasında sovqatı qəbul etməyiblər:

“Qubad İbadoğlunun adının “sistemdə olmadığını” söyləyiblər”.

İyulun 23-də saxlanılan iqtisadçı Qubad İbadoğlu haqda Nərimanov Rayon Məhkəməsi bir gün sonra 3 ay 26 gün qətimkan tədbiri seçib.

Qubad İbadoğluya qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

Vəkil Zibeydə Sadıqova ittihamın əsassız olduğunu vurğulamaqla yanaşı, onun istintaq dövründə həbsdə saxlanmasına zərurət olmadığını söyləyib. Vəkil Nərimanov Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcək.

Adları bir gün əvvəl Türkiyə mediasında “FETÖ” (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikə) maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir. Onlar iyulun 23-də məhkəmə qarşısına çıxarılıb və hər biri barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

3:14

@elliazer

elliazer3:14 PM

ok

Ana səhifəSiyasətQubad İbadoğlunun Müdafiə Komitəsi yaradıldı