close

Ermənistan cavab verdi: “Azərbaycan tərəfi görüşü rədd edib, biz yox” (yenilənib)

Foto: “Azadlıq” radiosu

Rəsmi Bakı Paşinyanın Əliyevlə görüşdən imtina etdiyini deyir 

Azərbaycan Ermənistanın Baş naziri Nikol Paşinyanın Londonda Prezident İlham Əliyevlə görüşdən imtina etdiyini iddia edir.

Bu barədə iyulun 18-də Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev jurnalistlərə bildirib. Onun sözlərinə görə, Böyük Britaniya tərəfi görüşün keçirilməsini təklif edib:

“Lakin əvvəllər heç bir tərəf belə bir görüşün mümkünlüyünü rəsmən açıqlamamışdı”.

Ermənistanın Baş nazirinin görüşdən imtina etməsi sülh gündəmindən geri çəkilməkdir”, – deyə Hacıyev əlavə edib.

Ancaq Ermənistan Xarici İşlər Nazirliyinin rəsmisi Ani Badalyan Hikmət Hacıyevin söylədiklərini təkzib edib və əks mövqe sərgiləyib.

Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında ikitərəfli görüş keçirməyi onlar təklif edib, lakin Bakı bundan imtina edib.

Bununla belə Ani Badalyan danışıqların yüksək səviyyədə intensivləşdirilməsi və bir ay ərzində sülh müqaviləsinin imzalanmasına nail olmaq təklifini təsdiqlədiyini əlavə edib.

“Azadlıq” radiosunun erməni xidməti yazır ki, Londonda Avropa Siyasi Birliyinin dördüncü sammiti başlayıb, Paşinyan və Əliyev də iştirak edir:

“Blenheym sarayına gələndə Ermənistanın Baş naziri jurnalistlərin sülh sazişi üzrə danışıqların necə getdiyi ilə bağlı sualına cavab vermədi. Azərbaycan Prezidenti baş barmağını yuxarı qaldırdı” .

Avropa Şurasının 2022-ci ildə Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra yaratdığı Avropa Siyasi Birliyinin sammiti 3 iclas keçirib. Sammit çərçivəsində artıq iki dəfə Paşinyanla Əliyev arasında görüş baş tutub.

Birinci görüş 2022-ci ildə Praqada olub, o zaman tərəflər 1991-ci il Alma-Ata Bəyannaməsi çərçivəsində bir-birlərinin ərazi bütövlüyünü tanıdıqlarını bəyan ediblər.

İkinci dəfə 2023-cü ilin iyununda Paşinyan və Əliyev Kişnauda görüşüb.

İlham Əliyev ötən ilin oktyabrında Qranadada keçirilən görüşü boykot edib.

Ana səhifəSiyasətErmənistan cavab verdi: “Azərbaycan tərəfi görüşü rədd edib, biz yox” (yenilənib)