İddia olunur ki, dinc sakinləri təxliyə etməyə çalışan könüllülər öldürülüb
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Ukrayna Kursk bölgəsində Seym çayı üzərindəki körpünü dağıtmaq üçün Qərb raketlərindən, ehtimal ki, ABŞ istehsalı olan HIMARS-dən istifadə edib. İddialarda bildirilir ki, bu zaman dinc sakinləri təxliyə etməyə çalışan könüllüləri öldürüb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Telegram” mesajlaşma proqramında yazıb:
“İlk dəfə Kursk bölgəsi Qərb istehsalı olan raket buraxılış sistemləri, ehtimal ki, Amerikanın HIMARS raketləri ilə vurulub”.
Zaxarova bildirib ki, Qluşkovo rayonunda Seym çayı üzərindəki körpüyə hücum nəticəsində o, tamamilə dağılıb, təxliyə edilən mülki əhaliyə yardım edən könüllülər həlak olub.
Kiyev avqustun 6-dan bu yana regionda 1150 kvadrat kilometr (440 kvadrat mil) ərazidə 82 yaşayış məntəqəsini nəzarətə götürdüyünü iddia edib.
Rusiya Qərbi Ukraynanın onun ərazisinə ilk quru hücumunu dəstəkləməkdə və təşviq etməkdə ittiham edib və Kiyevin “terrorçu işğalının” müharibənin gedişatını dəyişməyəcəyini bildirib.