close

Rusiya Ukraynanın bir neçə vilayətinə raket zərbələri endirib

Последствия атаки россиян в Ивано-Франковской области в ночь на 15 августа 2023 года Telegram / Світлана Онищук

Dağıntılar və yaralılar var

“Hromadske”nin materialı

Avqustun 15-nə keçən gecə Rusiya Federasiyası Ukraynaya növbəti raket zərbəsi endirib. Mülki vətəndaşlar arasında həlak olanlar və zərərçəkənlər var.

Bu barədə Ukrayna silahlı qüvvələrinin baş qərargahı xəbər verib.

Ukrayna silahlı qüvvələri ümumilikdə ən azı 28 müxtəlif tipli qanadlı raketlərlə həyata keçirilən zərbələr qeydə alıb. Ukraynanın ərazisi boyu hava həyəcanı elan edilib. Bir çox bölgədə hava hücumundan müdafiə işləyib. Döyüşçülər 16 qanadlı X-101/X-555, “Kalibr” vurmağa müvəffəq olub. 

Lvov vilayəti

“Lvovda raket qalıqları çoxmənzilli yaşayış binalarına düşüb, yanğın baş verib”,- vilayət hərbi administrasiyasının rəhbəri Maksim Koziski deyir. Orada dağıntılar var, insanları təxliyə ediblər.

VHA-nın rəhbəri qeyd edib ki, zərərçəkənlər var. Həlak olanlar barədə məlumat daxil olmayıb.

Lvovun digər hissələrində də yüngün yanğınlar təsbit olunub. Hipermarketlərdən birinə raket qalıqlarının düşməsi nəticəsində tavan uçub. Üstəlik avtomobillərin ziyan çəkməsi barədə məlumat daxil olub.

Stavçanda 10 ev zərər çəkib. Hazırda orada insanların yüngül zədələr alması məlumdur. O cümlədən, Suxovolyedə evlərə ziyan dəyib – zərərçəkənlər yoxdur. 

Lvovun meri Andrey Sadovıy xəbər verib ki, raket uşaq bağçasının həyətinə düşüb. Orada 100-dən çox otaq ziyan görüb, 500-dən çox pəncərə sınıb, uşaq bağçası dağılıb. Raket hücumundan sonra dörd nəfər tibbi yardım alır, həyat təhlükəsi yoxdur.   

Çerkask vilayəti

Rusiya hərbçiləri səhərə yaxın bölgəyə zərbələr endirib, – VHA rəhbəri İqor Tabures xəbər verib. Smeldə raket özəl müəssisənin ərazisinə düşüb. Daha biri tibb müəssisəsinin ərazisinə tuş gəlib.

Zərərçəkən olmayıb. Su və istilik təchizatı şəbəkəsinə ziyan dəyib. Şəhərin bir hissəsi susuz qalıb. Hadisə yerində hüquq-mühafizə və kommunal xidmətlər işləyir. 

Dnepropetrovsk vilayəti

Rusiya işğalçıları səhər saat 4:20-də Dneprin sənaye müəssisələrindən birinə hücum edib, orada yanğın baş verib. Yanğın 800 kvadrat metrdən çox sahəyə yayılıb, genişlənməsinin qarşısını alıblar.

İki nəfər yaralanıb: 59 yaşlı qadın yüngül zərər çəkib və evdə müalicə olunacaq, 70 yaşlı kişini xəstəxanaya yerləşdiriblər (vəziyyəti orta ağırdır).

“Şərq” hava qüvvələri komandanlığının döyüşçüləri səhər saatlarında Dnepropetrovsk vilayətinin səmasında yeddi X-101/555 qanadlı raketini vurublar. Bu barədə VHA rəhbəri Yuri Poqulyayko xəbər verib. 

Raket zərbələri nəticəsində üç nəfərin həlak olduğu məlumdur. Daha bir neçə zərərçəkən xəstəxandadır. 

Kiyev vilayəti

Rusiyalılar bu gecə bölgəyə növbəti dəfə raket zərbəsi endirməyə cəhd edib, VHA rəhbəri Ruslan Kravçenko yazır. Hava həyəcanı iki saatdan artıq çəkib. Vilayət ərazisində HHM işləyib. Nəticədə raket qalıqları yaşayış məntəqələrinə düşməyib, zərərçəkən yoxdur.  

Donetsk vilayəti

Avqustun 14-ü axşam saat 23:23-də RF silahlı qüvvələri Kramatorsku raket atəşinə məruz qoyub. İlkin məlumatlara görə, işğalçılar yaşayış məntəqəsinə C-300 zenit-raket kompleksindən atəş açıb.

İşğalçıların mərmiləri qida məhsullarının saxlandığı anbarlara düşüb. 2400 kvadrat metr sahəsi olan binada yanğın baş verib.

Vilayət prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, atəş hücumu nəticəsində baş vermiş dağıntıların altında iki yükdaşıyan qalıb. Onlardan birini xilasedicilər çıxara bilib, digərinin vəziyyəti hələ ki naməlumdur. Həmçinin müəssisənin 38 yaşlı qadın işçisi yaralanıb.  

Xmelnisk vilayəti

“Səhər hava həyəcanı zamanı vilayətdə partlayış səsləri eşidilib”, – VHA rəisinin birinci müavini Sergey Tyurin deyib. Bölgədə HHM qüvvələri işləyib. Obyektlərin ziyan çəkməsi, raket qalıqlarının düşməsi və yaralananlar barədə məlumat yoxdur.

İvano-Frankovsk vilayəti

Bu bölgədə də partlayış səsləri eşidilib, HHM işləyib. Raket qalıqları fərdi həyətə düşüb – təsərrüfat binaları və yaşayıv evinə ziyan dəyib. Zərərçəkənlər yoxdur, VHA rəhbəri Svetlana Onişuk yazır.

Zaporojsk vilayəti

Zaporojsk rayonunun kəndlərindən birində raket gimnaziyanın həyətinə düşüb. Tədris müəssisəsinin binasına, yaşayış evlərinə və uşaq bağçasına ziyan dəyib. Bu barədə Ukrayna Prezident ofisi rəhbərinin müavini Aleksey Kuleba yazıb.

Ana səhifəUncategorized @azRusiya Ukraynanın bir neçə vilayətinə raket zərbələri endirib