close

Şamaxıda toyda kütləvi zəhərlənmə olduğu bildirilir

Şamaxı rayonu. Vastram/shutterstock

Zəhərlənənlərin 5-i azyaşlıdır

İyulun 16-da Şamaxı rayonunun Məlikçobanlı kəndində zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılan şəxslərin hamısı evə buraxılıb.

Toy zamanı kütləvi zəhərlənmə baş verdiyi bildirilir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı məlumata görə, zəhərlənmə şübhəsi ilə 21 nəfər Şamaxı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub, onlardan beşi azyaşlıdır.

TƏBİB-dən bildirilib ki, hospitalizasiya olunan şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi isə həyətyanı sahədə təşkil olunmuş toy mərasimində istehlak edilən qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə göndərildiyi haqda məlumat yayıb.

Meydan TV zərərçəkənlərlə əlaqə saxlaya bilməyib.

Ana səhifəBölgəŞamaxıda toyda kütləvi zəhərlənmə olduğu bildirilir