close

Snup Doqun Ermənistandakı konserti təxirə düşdü

Snup Doq. Foto: shutterstock/Jeff Bukowski

Bilet alanlar xəbəri etirazla qarşılayıblar

Amerikalı repçi Snup Doqun (Snoop Dogg) sentyabrın 23-də Ermənistanda keçiriləcək konsertinin vaxtı dəyişdirilib.

Təşkilatçıların konserti Qarabağ ətrafında baş verən hadisələrlə əlaqədar qeyri-müəyyən müddətə ertələdiklərini açıqladığı bildirilir.

Bilet alanlara tezliklə konsertin keçirəcəyi tarixlə bağlı məlumat veriləcəyi qeyd edilib.

Konsertə digər ölkələrdən bilet alan, müvafiq olaraq uçuş və oteldə qalma xərclərini ödəyən şəxslərə cavab verilmədiyi üçün təşkilatçıların açıqlaması internetdə hiddətə səbəb olub.

Daha öncə Snup Doqun konserti üçün dövlət büdcəsindən 2,318 milyard dram (6 milyon dollardan çox) ayrıldığı bildirilirdi.

2023-cü il sentyabrın 19-da Azərbaycan Müdafiə Nazirliyi Qarabağda hərbi əməliyyatlara başlayıb.

Sentyabrın 20-də saat 13:00-dan etibarən Rusiya sülhməramlılarının vasitəçiliyi ilə hərbi əməliyyatların tam dayandırılması barədə razılıq əldə olunub.

Sentyabrın 21-də Azərbaycanın Yevlax şəhərində Qarabağ ermənilərinin nümayəndələri və Azərbaycan rəsmiləri arasında görüş keçirilib.

Görüşdə ikitərəfli münasibətlər, mövcud olan problemlərin həlli müzakirə edilib.

Ana səhifəMədəniyyətSnup Doqun Ermənistandakı konserti təxirə düşdü