close

Sumqayıtda 3 yaşlı uşağın qeyri-insani rəftara məruz qaldığı bildirilir

Foto: Meydan TV

Azyaşlı himayəsində olduğu nənəsilə birlikdə xəstəxanaya aparılıb

Sumqayıtda 3 yaşlı uşağın qeyri-insani rəftara məruz qaldığı bildirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib ki, Sumqayıt Şəhər Polis İdarəsinə şəhərdə yaşayan Ülviyyə Abdullayevanın 3 yaşlı uşağı baxımsız şəraitdə saxlaması haqda məlumat daxil olub.

Bu məlumat əsasında polislər onun himayəsində olan 3 azyaşlıdan birinin – 2021-ci il təvəllüdlü uşağın bədənində müxtəlif xəsarətlər aşkar ediblər.

Azyaşlı himayəsində olduğu nənəsilə birlikdə xəstəxanaya aparılıb.

İlkin müayinə zamanı onun fiziki va psixoloji cəhətdən öz yaşıdlarından geri qaldığı, həmçinin sağ qulağında xəsarətlər müəyyən olunub.

Ardınca azyaşlı tibbi yardım göstərilməsi və  müvəqqəti qalması üçün sığınacağa yerləşdirilib.

Hazırda faktla bağlı Sumqayit Şəhər Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırma aparılır. Müvafiq ekspertizalar təyin edilib”, – DİN əməkdaşı əlavə edib.

Ana səhifəBölgəSumqayıtda 3 yaşlı uşağın qeyri-insani rəftara məruz qaldığı bildirilir